Xəbər lenti
Rusiya Gürcüstana nota verdi
Rusiya Tbilisidəki İsveç Səfirliyinin Rusiya maraqları bölməsində baş vermiş insidentlə əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) nota göndərib.
Bu barədə Rusiya XİN-in nümayəndəsi Aleksey Zaytsev bildirib. Onun sözlərinə görə rəsmi Moskva Gürcüstan müxalifətinin yanvarın 26-da İsveçin Gürcüstandakı səfirliyinin Rusiya Federasiyasının maraqları bölməsi binasının yaxınlığında keçirdiyi antirusiya siyasi aksiyasından narahatdır. A. Zaytsev qeyd edib ki, aksiyanın başlamasından öncə binanın işıqları söndürülüb.
Diplomat əlavə edib ki, insidentlə əlaqədar Tbilisidəki Rusiya maraqları bölməsi Gürcüstan XİN-ə nota göndərib və Gürcüstan səlahiyyətlilərinin Diplomatik Əlaqələrlə bağlı 18 aprel 1961-ci ildə imzalanmış Vyana Konvensiyasına riayət edilməsini tələb edib. Bildirilib ki, analoji siqnallar Rusiya XİN tərəfindən Moskvadakı İsveç səfirliyinin Gürcüstan maraqları bölməsinə də göndərilib.
"Biz ümid edirik ki, Gürcüstan rəsmiləri bu cür insidentlərin qarşısının alınması üçün bütün mümkün tədbirləri görəcəklər”, - deyə A. Zaytsev vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın müxalif “Avropalı Gürcüstan” partiyası yanvarın 26-da Tbilisidəki keçmiş Rusiya səfirliyinin binasına Ukrayna bayrağının və xəritəsinin projeksiya edilməsi ilə etiraz aksiyası keçirib. Aksiyada Ukrayna və Gürcüstanın dövlət himnləri oxunulub, Rusiya əleyhinə şüarlar səsləndirilib.
Xatırladaq ki, Gürcüstanla Rusiya arasında birbaşa diplomatik münasibətlər 2008-ci ildə Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasından sonra kəsilib. İki ölkə arasında dialoq Cenevrə Beynəlxalq Müzakirələri, eləcə də Abaşidze-Karasin formatında saxlanılıb. apa
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar