Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Təyyarədə sərnişindən maska taxmağı istədilər - Görün nə etdi...

Tarix: 28-01-2022 21:56     Baxış: 3190 A- / A+




Qalueydən (İrlandiya) Nyu-Yorka uçan “Delta” aviaşirkətə məxsus təyyarənin göyərtəsində sərnişin dava salıb.
Xarici medianın məlumatına görə, 29 yaşlı Şeyn Makinerni stüardessanın qoruyucu maska taxmaq tələbinə cavab olaraq nalayiq davranmağa başlayıb. Belə ki, kişi lüt soyunub, həm də onu sakitləşdirməyə çalışan yol yoldaşlarını ələ salıb.
Hadisə şahidlərinin sözlərinə görə, Makinerni sərnişinlərdən birinin başına boş içki qabı atıb, bundan sonra o, biznes-klassa keçib və burada ekonom sinifdə yeməkdən narazılığını kobud şəkildə ifadə etməyə başlayıb.
Qeyd olunur ki, irlandiyalının hərəkətləri digər insanların təhlükəsizliyini təhdid etdiyi üçün təyyarənin kapitanı ən yaxın hava limanına təcili eniş etmək imkanını nəzərdən keçirib.
Məlumata görə, dava edəni uçuş heyətinin vəzifələrini yerinə yetirməsinə mane olmaq, habelə aviaşirkətin işçilərinə qəsdən hücum etmək və onları qorxutmaq ittihamı ilə 20 ilə qədər həbs cəzası gözləyir.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar