Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Paşinyanı bu dəfə Putin də xilas etməyəcək" - Aleksandr Razuvayev

Tarix: 27-01-2022 16:27     Baxış: 4159 A- / A+
2020-ci ilin payızı ilə müqayisədə Ermənistanın vəziyyəti daha da pisləşib. Neftin qiyməti sürətlə bərpa olunur, qazın qiyməti isə bütün rekordları qırıb. Bu, Azərbaycan iqtisadiyyatına dəstək verir. Azərbaycan Silahlı Qüvvələri isə Türkiyə ilə əməkdaşlıqdan bəhrələnir.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a rusiyalı ekspert Aleksandr Razuvayev deyib.
“Ermənistan da daxil olmaqla, beynəlxalq turizmlə bağlı ölkələrin iqtisadiyyatına zərər vuran koronavirus pandemiyası tükənmir. Ermənistan həm də az sayda investorları bu ölkəyə sərmayə qoymaqdan çəkindirən siyasi qeyri-sabitliklə xarakterizə olunur. Hər kəs başa düşür ki, Azərbaycan hərbi baxımdan qat-qat güclüdür. Lakin boş ambisiyalar, revanş arzusu, imzalanmış müqavilələrin yerinə yetirilməməsi ilə İrəvan yeni müharibəyə səbəb ola bilər.
Bu da kövrək Ermənistan dövlətini məhv edə, azsaylı investorların investisiyalarını puça çıxara bilər. Biz dünya erməni diasporundan da Ermənistana sərmayələr görmürük. Ermənilər özləri öz ölkələrinə sərmayə qoymurlarsa, başqa ölkələrdən, o cümlədən Rusiyadan, MDB-dən gələn investorlara nə deyə bilərik”, – Razuvayev qeyd edib.
Politoloqun fikrincə, sonda İrəvan imzalanmış müqavilələri yerinə yetirməyə məcbur olacaq:
“Çünki onların sadəcə olaraq başqa seçimi yoxdur. Əks halda, İrəvan nəhayət ki, Moskvanın dəstəyini itirəcək və bir həftə – on gündən çox olmayan yeni müharibə Ermənistanın sürətli məğlubiyyəti ilə başa çatacaq.
Bu dəfə Vladimir Putin Ermənistanı xilas etməyəcək. Rusiya prezidenti həmişə sözünün üstündə durur. Və tərəfdaşlardan oxşar hərəkətləri gözləyir. Əks halda, o, sadəcə olaraq bu şəxsləri kontaktlar siyahısından silir. Əgər Putin Ermənistanı bloklayırsa, onu ancaq möcüzə xilas edə bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar