Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Danimarka bütün karantin qaydalarını ləğv edir

Tarix: 27-01-2022 15:56     Baxış: 5139 A- / A+
Danimarka bütün karantin qaydalarını ləğv edir

Dünyada koronavirusa yoluxmaların sayı azalmır. Əksinə, bir çox ölkələrdə rəqəmlərin xeyli artması müşahidə edilir. Buna baxmayaraq, mütəxəssislər nikbindir. Onlar hesab edir ki, “Omicron”la pandemiyaya son veriləcək. Avropa ölkələri karantin qaydalarını yumşaltmağa başlayıb. Pandemiya ilə tamamilə vidalaşmağa hazırlaşanlar da var.

Manevr.az xəbər verir ki, Böyük Britaniyanın ardınca Danimarka da karantin qaydalarının ləğvini elan edib. Baş nazir Mette Frederiksen jurnalistlərin qarşısına çıxaraq xoş xəbəri ictimaiyyətə çatdırıb. O, sevincini gizlətməyib.
“Biz bu gün, nəhayət, dərindən nəfəs alıb, ənənəvi təbəssümü qaytara bilərik. Axı yeni mərhələnin anonsunu veririk. Koronavirusla bağlı yerdə qalan məhdudiyyətləri aradan götürə bilərik”.
Danimarka hökuməti fevralın 1-dən COVİD-19-u təhlükəli xəstəliklər siyahısından çıxarır. Daha sosial məsafə gözləmək, maska taxmaq lazım gəlməyəcək. Halbuki hələ keçən ilin dekabrında yumşaq lokdaun tətbiq etməyə ehtiyac yaranmışdı. Onda məktəblər bağlanmışdı, bəzi müəssisələrin işində məhdudiyyət tətbiq olunmuşdu. Amma vaksinləşmənin sürəti Danimarkaya ənənəvi həyata qayıtmaq şansı yaradıb. Əhalinin 80 faizi iki doza peyvənddən istifadə edib. Buster vaksininə isə danimarkalıların 60 faizi razılığını verib.
Avstriya da Danimarkanın yolunu getməyə hazırlaşır. Ölkənin kansleri Karl Nexammer yumşalmalardan danışıb. Hökumət rəhbəri deyib ki, xəstələnənlərin sayı az olmasa da, onların əksəriyyəti yataq rejiminə keçmək məcburiyyətində qalmır.
Böyük Britaniyanın baş naziri Boris Conson fevraldan pandemiya ilə vidalaşmaq planının anonsunu vermişdi. O, daha COVİD-19-u təhlükəli xəstəlik saymağa ehtiyac qalmadığını elan etmişdi. Siyasi şərhçilər bu aralar Consonun reytinqinin aşağı düşməsinə diqqət yetirməyi məsləhət görür. Çünki baş nazir iki dəfə karantin qaydalarını pozaraq yığıncaqlarda iştirak edib. İctimaiyyət bu məsələyə çox sərt reaksiya verib. Hətta Consonun istefası müzakirəyə çevrilib. Baş nazir bu mərhələni mümkün qədər tez geridə qoymaq istəyir. Hökumət rəhbərinin tələsik elanı da həmin məqsədə xidmət edir.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar