Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə Prezidentindən Sezen Aksu açıqlaması

Tarix: 27-01-2022 10:03     Baxış: 4177 A- / A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Böyük Çamlıca məscidində qılınan namazdan sonra çıxışında səsləndirdiyi “Həzrəti Adəmə uzanan dilləri qoparmaq bizim borcumuzdur” ifadəsinə aydınlıq gətirib.
NTV kanalına müsahibə verən Ərdoğan həmin sözləri müğənni Sezen Aksuya şamil etmədiyini bildirib:
"Burada çox aydın həqiqəti açmaqda fayda var. Mənim orada xitab etdiyim şəxs Sezen Aksu deyil. O, ölkəmizin mühüm sənətçilərindən biridir. Amma digər tərəfdən ölkənin prezidenti olaraq, hansı inancdan olursa-olsun insanlarımızın dini dəyərlərinə toxunulmasına icazə vermərəm. Xalqımızın müqəddəslərinə həssas yanaşıram. "Dilini qoparmaq" ifadəsini bir nəfərə yox, müqəddəslərə təhqir ünvanlayanlara qarşı işlətmişəm. Millət kimi qardaşcasına və birgə yaşamağımızın rəhni biri-birimizə olan hörmətimizdir, biz bu hörməti göstərməliyik".
Qeyd edək ki, müğənni Sezen Aksunun “Şahane bir şey yaşamaq” adlı mahnısındakı “Salam söyləyin o cahil Həvva ilə Adəmə” ifadəsi insanlar arasında böyük narazılığa səbəb olmuşdu.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar