Xəbər lenti
"Qanuni oğru" Gürcüstan Prezidentini məhkəməyə verdi

Manevr.az "qafqazinfo"ya istinadən xəbər verir ki, "Kaxa Rustavskiy" adı ilə tanınan qanuni oğru ona Gürcüstan vətəndaşlığının geri qaytarılmasını tələb edir.
"O məhkəməyə müraciət edib. Biz məhkəmə vasitəsilə Prezident tərəfindən imzalanan sərəncamı ləğv etmək istəyirik", - deyə kriminal avtoritetin qızı Tatiya Şuşanaşvili telekanalın efirində deyib.
Tbilisi Şəhər Məhkəməsi Şuşanaşvilinin iddiasını artıq icraata qəbul edib.
Gürcüstan Prezidentinin qanuni oğrunun ölkə vətəndaşlığına xitam verilməsi haqqında sərəncamı Ədliyyə Nazirliyinin Şuşanaşvilinin 2015-ci ildə Rusiya vətəndaşlığı alması ilə bağlı gəldiyi qənaətə əsaslanıb. Vəkil isə bu sənədin həqiqi olmadığını iddia edir, çünki Şuşanaşvili həmin vaxt artıq Marsel həbsxanasında cəza çəkirdi.
T. Şuşanaşvilinin sözlərinə görə, atası artıq 12 ildir ki, Marsel həbsxanasında saxlanılır. Fransa məhkəməsi onu 2010-cu ildə qanuni oğru Vladimir Canaşiyanın sifarişli qətlində təqsirli bilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar