Xəbər lenti
Paşinyanın hakimiyyətdə qalması Rusiyanı ciddi narahat edir” - Zatulin
“Görünən odur ki, ötən il Ermənistan parlamentinə keçirilən növbədənkənar seçkilər bütün suallara cavab vermədi və ölkəni ciddi daxili siyasi böhrandan çıxara bilmədi”.Manevr.az teleqraf.com-istinadən xəbər verir ki, bunu rusiyalı deputat Konstantin Zatulin Armen Sərkisyanın Ermənistan prezidenti postundan istefa verməsi ilə bağlı qərarını şərh edərkən deyib.
“Hamı başa düşür ki, onun qərarların qəbulundakı rolu, ən yaxşı halda İngiltərə kraliçasının roluna endirilib. Bu istefa çoxdan gözlənilirdi. Bunun belə gec baş verməsi yalnız təəccüb yarada bilər”, - Zatulin qeyd edib.
Onun fikrincə, Armen Sərkisyanın qərarının əhəmiyyəti ondan ibarətdir ki, bu, həqiqətən də Ermənistandakı ağır vəziyyəti səciyyələndirir.
Zatulin Paşinyanı da istefaya çağırıb və qeyd edib ki, onun hakimiyyətdə qalması Rusiyanı çox ciddi şəkildə narahat edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































