Xəbər lenti
İstefaya məcbur edilən qadın nazirdən inanılmaz etiraf: “Mənə dedilər ki...”
İngiltərənin Mühafizəkarlar Partiyasının üzvü Nüsrət Qani müsəlman olmasının həmkarlarını qıcıqlandırdığı üçün nazir vəzifəsindən azad edildiyini bildirib.
Manevr.az xəbər verir ki, Qani “The Sunday Times” qəzetinə 2020-ci ilin fevralında aviasiya və dəniz nəqliyyatı üzrə dövlət naziri vəzifəsindən azad edilməsi barədə danışıb.
Qaninin sözlərinə görə, Nazirlər Kabinetində keçirilən iclaslardan birində partiya rəhbərlərindən birinin ona müsəlman olmasının “problem” olduğunu söyləyib:
“Kabinet dəyişikliyindən sonra partiyanın yerli təşkilatlarının rəhbərləri ilə görüşdə soruşdum ki, məni işdən çıxarmaq qərarının arxasında nə kimi səbəblər var. Bundan sonra Nazirlər Kabinetində baş nazirlikdəki kadr dəyişikliyi toplantısında müsəlman qadın statusum gündəmə gətirildi və müsəlman olmağımın həmkarlarımı narahat etdiyi bildirildi. Mənə İslamofobiyaya qarşı partiyanı lazımi səviyyədə müdafiə etmədiyim üçün sadiq olmadığımla bağlı narahatlıqlarının olduğunu söylədilər”.
Özünü alçaldılmış və zəif hiss etdiyini deyən Qani susmaq üçün ona təzyiqlərin edildiyini bildirib:
“Bu məsələni gündəmə gətirməyə davam edəcəyim təqdirdə karyeram və nüfuzumun ağır zərbə alacağı xəbərdarlığı edildi, bundan sonra susdum”.
Nüsrət Qani 2018-ci ilin yanvarında Tereza Mey baş nazir olarkən nazir təyin edilib. 2019-cu il dekabrın 12-də keçirilən seçkilərdə Boris Conson hakimiyyətə gəldikdən bir neçə ay sonra kabinetdən kənarlaşdırılıb./teleqraf.com

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar