Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Məhbus rekorda İMZA ATDI: yüksək bal toplayaraq təqaüd qazandı - ŞƏKİL

Tarix: 22-01-2022 20:51     Baxış: 3229 A- / A+

Pakistanın Karaçi həbsxanasında ömürlük həbs cəzası çəkən pakistanlı məhbus Seyid Naim Şah keçən il şəhərin ali məktəb imtahanlarında ən yüksək ballardan birini toplayaraq təhsil almaq üçün təqaüd qazanıb.
CNN xəbər verir ki, 35 yaşlı Seyid Naim Şah keçən il Pakistanda özəl namizədlər arasında keçirilən ümumi ali məktəb imtahanlarında ən yüksək bal toplayaraq Pakistanın Mühasiblər İnstitutunda təhsil almaq imkanı əldə edib.
Seyid Naim Şah mətbuata açıqlamasında bildirib ki, həbsxanada keçirdiyi vaxt ərzində bu nailiyyəti əldə etmək onun üçün çətin olub. O, uşaqlıqda məktəbi sevdiyini, lakin ailəsinin onun təhsilini davam etdirməyə imkanı olmadığını söyləyib. Həbsxanada onunla birlikdə dərs alan məhbuslar ona imtahanlara hazırlaşmağa kömək ediblər.
Təxminən 5,700 dollar dəyərində olan təqaüd həbsxanada və ya azadlıqda olmasından asılı olmayaraq, imtahanlarda dörd ən yüksək bal toplayan tələbəyə verilir. Həbsxanada təqaüdlü təhsilini davam etdirməyin çətin olacağını bildirən Seyid Naim Şah Pakistanın Prezidentinə, Baş nazirinə və Sind əyalətinin icra başçısına əfv olunması üçün müraciət edib.
Qeyd edək ki, Seyid Naim Şah 2010-cu ildə fikir ayrılığı zəminində başqa bir adamı güllələyib öldürdüyünə görə ömürlük azadlıqdan məhrum edilib.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar