Xəbər lenti
Rusiyada ağlasığmaz olay - Ramzan Kadırova tabe polislər keçmiş hakimin arvadını oğruladılar

Manevr.az musavat.com-a istinadən xəbər verir ki, silahlı adamlar Nijni-Novqorod şəhərində Çeçenistan Ali Məhkəməsinin keçmiş hakimi, Ramzan Kadırovun düşməni Saydi Yanqulbayevin evinə soxularaq onu arvadını oğurlayıb aparıblar.
Bu barədə Rusiyanın “İşgəncələr əleyhinə komitə” adlı təşkilatı (hazırda Rusiyada fəaliyyəti qadağandır-red.) məlumat yayıb.
Qeyd etmək lazımdır ki, silahlı şəxslər guya əllərində hansısa sənəd göstərərək, Rusiya Daxili işlər nazirliyinin Qroznı şəhər idarəsinin sərəncamı ilə gəldiyini göstəriblər. Onların hədəfi əslində Saydi Yanqulbayev olub.
Sənədin saxtalığını təsbit edən keçmiş hakim həmin adamları evə buraxmaq istəməyib. Bu zaman silahlı şəxslər evə zorla soxularaq gözünün önündə arvadı Zarema Musayevanı döyüb, daha sonra evdən çıxarıblar. Saydi Yanqulbayevin toxunulmazlığa malik olması onu eyni aqibətdən xilas edib.

Hadisəyə münasibət bildirən Ramzan Kadırov telegram kanalda bunları yazıb: Nə olursa olsun, bildirirəm ki, bu ailəni ya həbsxana, ya da yeraltı gözləyir. Və bu artıq məndən asılı deyil. Mən cəmiyyətdəki əhval-ruhiyyəni bilirəm. Nə qədər ki, heç olmasa bir çeçen sağdır, bu ailənin üzvləri daha sərbəst həyatdan həzz ala bilməyəcəklər. Bunu həmişə xatırlayın, Yanqulbayevlər”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar