Xəbər lenti
Ermənistan ordusunun 30 illiyi münasibətilə Rusiyada baş tutmayan konsert
Rusiyanın Voronej şəhərində Ermənistan ordusunun yaradılmasının 30 illiyi münasibətilə konsert təşkil olunması baş tutmayıb.
Manevr.az virtualaz.org-a xəbər verir ki, yerli erməni diasporundan kimlərsə yanvarın 28-nə təyin olunmuş bu konsertin afişasını da hazırlayıblar, amma meriya məsələdən xəbər tutanda erməni diasporunun rəhbərlərini çağırıb və onlara Rusiya ərazisində başqa ölkənin ordusunun yubileyini keçirməyin yolverilməz olduğunu xatırladıblar.
Konsert haqda bir neçə gün əvvəl yerli “Bloknot” internet-nəşri yazıb. Bildirilirdi ki, konsertin afişasında Ermənistanın keçmiş müdafiə naziri Vazgen Sərkisyanın (Xocalı qətliamını törədənlərdən biri, hərbi cani, - red.) davakar sitatları yer alır. Orada göstərilirdi ki, konsert yanvarın 28-də Voronejdəki Dəmiryolçular Mədəniyyət Evində keçiriləcək.
“Bloknot” portalının redaksiyası isə sual edirdi: Yaxşı, Voronejdə Ermənistan Respublikasının yubileyini qeyd etdilər, bəs erməni milli ordusu hara, Voronej hara?! Voronej meriyasında da bu konsert haqda ancaq həmin sayt vasitəsilə xəbər tutublar. Və müşavirə keçiriblər. Həmin müşavirəyə Voronejdəki erməni icmasının sədri Kamo Çobanyanı da çağırıblar, ondan izahat istəyiblər. Məlum olub ki, Çobanyan bu konsert haqda “heç nə bilmir”, ümumiyyətlə yerli erməni icmasının bu işdə “iştirakı yoxdur”.
Kamo Çobanyan
Çobanyanın köməkçisi Vardan Vardazaryan “Bloknot Voronej”ə bildirib: “Heç bir anlayışımız yoxdur ki, bu afişa haradan çıxıb. Bizim üçün bu tam gözlənilməz oldu. Mən özüm bu haqda sizin məqalənizdən sonra xəbər tutdum, zəng vurmuşdular. Bilmirik konserti kim təşkil etmişdi, diasporun bu işdə rolu yoxdur”.
Meriya məsələyə qarışandan sonra konsert fevralın 6-na keçirilib və tematikası tam dəyişdirilib. İndi o, “Rusiyada erməni mədəni irsinin qorunmasına” həsr edilib. Bu isə artıq başqa məsələdir.
Lakin erməni ordusu haqda, konsertə hazırlıq getdiyi haqda xəbərdən sonra YouTube-də yerli erməni icmasını “çox hiddətləndirən” videorolik peyda olub. Naməlum müəllif həmin rolikdə göstərir ki, ermənilərin Voronejdə təxribatı baş tutmadı, onları yerinə oturtdular! Rolikdə deyilir ki, erməni diasporunun nümayəndələri ilə meriyada sərt söhbət aparılıb, belə aksiyaların yolverilməzliyi barədə xəbərdarlıq edilib. Deyilib ki, Rusiya şəhərlərində ancaq Rusiya ordusunun yubileyini keçirmək olar. “Gedin öz ordunuzu öz ölkənizdə tərifləyin, bizim isə burada öz ordumuz var, hansı ki, o cümlədən sizi və sizin ordunuzu da qoruyur”,-erməni diasporunun nümayəndələrinə Qarabağdakı 44 günlük müharibənin nəticəsini bu cür istehza ilə xatırladıblar.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar