Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Erməni katolikosundan bəyanat: "Erməni diasporu dağılır”

Tarix: 19-01-2022 11:47     Baxış: 3210 A- / A+


Böyük Kilikiya Evinin katolikosu I Aram 2022-ci ilin diaspor ili elan edilməsi münasibəti ilə Livan-erməni ziyalıları ilə görüş-məsləhətləşmə keçirib.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, I Aramın tədbir zamanı etdiyi çıxışın bir hissəsi özünün "Facebook" hesabında paylaşılıb.
Çıxışa diqqət etdikdə məlum olur ki, katolikos erməni diasporunun mövcud durumundan ciddi narahatlıq keçirir və bu sistemin dağıldığını, erməni gənclərin artıq bu istiqamətə meyl etmədiyi ortaya çıxır.
Katolikos çıxışı zamanı 2022-ci ilin niyə diaspora ili elan edilməsinə diqqət çəkir və deyir:
“Belə bir bəyanatla çıxış etmək üçün əsaslı səbəblərim var idi, çünki diaspor genişlənməyə və yayılmağa başladı. Ermənilərin böyük əksəriyyəti diaspor içərisindədir. Diaspor köhnəlməyə və sönməyə başlayıb. Diaspor özünə laqeyd yanaşmağa, Ermənistandan məyus olmağa başlayıb. Xüsusən son illərdə, Qarabağ müharibəsindən sonra...”.
I Aram əlavə edir ki, erməni gənclər bizim kollektiv həyatımızdan, qurumlarımızdan uzaqlaşmağa başladılar: “Erməni həyatında əcnəbinin olması hiss olunurdu. Biz ətrafımızda baş verən dəyişikliklərlə ayaqlaşmırıq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar