Xəbər lenti
Nazarbayevin çıxışında diqqətçəkən detal: “Razılaşma belə olub ki...”
“Tokayev özünü qorumalı və hakimiyyətini gücləndirməlidir, bunun yolu isə baş verənlərə görə məsuliyyəti Nazarbayev və onun yaxınlarına üzərinə yönəltməkdir”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin xalqa müraciətinə münasibət bildirib:
“Beynəlxalq aləm və ətraf ölkələr Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev haqqında günlərdir məlumat əldə etməyə çalışırdı. Müxtəlif versiyalar səslənirdi: “xarici qaçıb”, “evindədir”, “xəstədir”, “ev həbsindədir” və s. Rusiya Liberal Demokrat Partiyasının Kremlə bağlı lideri Vladimir Jirinovski “Nazarbayev ölüb və onu torpağa tapşırıblar” sərsəmləməsindən sonra Qazaxıstanın hazırkı Prezidenti Tokayev xələfini gün üzünə çıxarmağa qərar verdi.
Nursultan Nazarbayevin internetdə yayımlanan nitqi böyük ehtimalla Tokayevlə razılaşdırılmışdı. Çünki Tokayev son günlər Nazarbayev irsini yox etməyə çalışsa da, elbaşı hazırkı prezidentin siyasətini dəstəklədiyini ifadə etdi. Yaşlı və gücsüz Nazarbayevin başqa alternativi var idimi? Ancaq daima rus dilində danışan Tokayevin qarşılığında Nazarbayevin ana dilində xalqına müraciət etməsi fikri ayrılığının varlığını ortaya qoydu”.
Elxan Şahinoğlu əlavə edib:
“Beləliklə, Nazarbayevin sağ olduğu təsdiqləndi. Tokayev “Nazarbayev klanı”nı zəiflətməkdə davam edəcək. Tokayevlə Nazarbayev arasında razılaşma yalnız ikincinin videformatda xalqa müraciətində hakimiyyəti dəstəkləməsiylə bağlı olub. Başqa razılaşmanın varlığı ehtimalı azdır. Tokayev özünü qorumalı və hakimiyyətini gücləndirməlidir, bunun yolu isə baş verənlərə görə məsuliyyəti Nazarbayev və onun yaxınlarına üzərinə yönəltməkdir”. teleqraf.com
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar