Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Ukrayna Azərbaycandan ruhlandı” – “Vaşinqton Post”

Tarix: 17-01-2022 23:17     Baxış: 3206 A- / A+

Ukrayna və Rusiya arasında gərginlik davam etdiyi vaxt Türkiyə istehsalı “Bayraktar TB2” pilotsuz uçan aparatları (PUA) ABŞ mediasında manşet olub.


 Amerika nəşrləri Ukraynanın Türkiyədən aldığı “Bayraktar”lardan istifadə edərək Donbasda Rusiya sistemlərini hədəfə aldığını yazıb.

“Vaşinqton Post” türk dronlarının Cənubi Qafqazdan sonra Ukraynada da balansı dəyişdiyini iddia edib.

Amerika nəşri Azərbaycan ordusunun türk dronlarından peşəkarlıqla istifadə edərək, Qarabağda hərbi balansı öz lehinə dəyişməsinə də diqqət çəkib.

“Bu, Rusiya üçün Ukraynanın regionda hərbi balansı potensial olaraq öz lehinə dəyişdirmək üçün öz arsenalını artırdığına daha bir işarədir”, - "Vaşinqton Post" qeyd edib.

Məqalədə Kiyevin Türkiyədən aldığı PUA-ların Rusiyanı təşvişə saldığı vurğulanıb: “Artıq Ankara və Kiyev Ukraynada türk PUA-larının istehsal müəssisəsini qurmaq üçün də razılaşıb”.

“Vaşinqton Post” əlavə edib:

“Bu dronlar ölkələrə ənənəvi hava qüvvələrini saxlamaq qiymətindən xeyli aşağı qiymətə gizli hava qüvvəsi saxlamağı təklif edir. Onlar Liviya və Suriyadakı münaqişələrdə nəzərəçarpacaq şəkildə özlərini göstərdilər. Bəlkə də, Azərbaycanın 2020-ci ildə Ermənistana qarşı TB2-lərdən istifadə etməsi Ukraynanı ruhlandırıb”. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar