Xəbər lenti
Nazarbayevin daha bir qızının İsveçrədə villası ortaya çıxdı - Şəkil
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qızı Dinara Kulibayevanın İsveçrənin füsunkar mənzərəli Cenevrə gölü sahilində “Chateau Bellerive” qəsrini aldığı və buna görə 63 milyon dollar pul xərclədiyi ortaya çıxıb.
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə İsveçrənin “Bilan” qəzeti məlumat yayıb.
Həmin qəsrin maraqlı tarixə malik olduğu qeyd edilir. XVII əsrdə onu Savoyya hersoqu II Karl Emmanuil Cenevrə hökumətinin duza tətbiq etdiyi vergiyə təpki olaraq tikibmiş. Buna görə Savoyya və Cenevrə arasında hətta münaqişə də yaranıb.
Jurnalist Nadejda Sikorskayanın bildirdiyinə görə, qəsr dünyanın ən bahalı və prestijli ərazilərindən birində, Kollonj-Belriv kommunasında yerləşir. Bu qala həm də İsveçrənin milli mədəniyyət abidələrindən biri hesab olunur. Qəsrin Dinara Kulibayevadan əvvəlki sahibi uzun müddət BMT-nin Qaçqınlar üzrə Ali komissarı vəzifəsində çalışmış Sadruddin Ağa-Xan olub.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar