Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Marsda həyat varmı? - Antarktidaya düşən meteorit hər şeyi gün üzünə çıxardı

Tarix: 16-01-2022 18:30     Baxış: 3257 A- / A+
ABŞ-da 13 min il əvvəl Antarktidaya düşən meteoritin qalıqları üzərində aparılan yeni araşdırma əvvəlki tapıntıların əksinə olaraq Marsda həyat izinə rast gəlinmədiyini üzə çıxarıb.
Manevr.az xəbər verir ki, Karneci İnstitutunun tədqiqatçısı Endryu Stilin rəhbərlik etdiyi qrup 1984-cü ildə Antarktidada tapılan meteoritdə qırmızı planetdə həyatın olduğuna dair heç bir dəlil tapmadığını açıqlayıb.
Stilin sözlərinə görə, meteoritdə tapılan karbonla zəngin komponentlər çox güman ki, daş üzərində uzun müddət duzlu suyun axması nəticəsində əmələ gəlib. O, Marsda mikroorqanizmlərin olub-olmadığını sübut etmək üçün oradan Yerə nümunələrin gətirilməli olduğunu da qeyd edib.
Tədqiqatçılar təxminən 4 milyard illik meteorit üzərində aparılan araşdırmanın nəticələrini “məyusedici” adlandırıblar.
13 min il əvvəl Antarktidaya düşən və adı “Allen Hills 84001” olan meteorit 1996-cı ildə üzərində qalıq tapılması ilə gündəmə gəlib. Partlayış nəticəsində Marsdan qopduğu güman edilən meteoritlə bağlı araşdırma aparan tədqiqatçılar 3.5 milyon il əvvəl Marsda suyun ola biləcəyi iddiasını irəli sürmüşdülər./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar