Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Özbəkistan Qazaxıstanla sərhədlərini bağlayıb

Tarix: 16-01-2022 12:28     Baxış: 3220 A- / A+


Özbəkistan yanvarın 15-dən iki ölkənin vətəndaşları üçün Qazaxıstanla quru sərhədlərini müvəqqəti bağlayıb.
Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Özbəkistan XİN sərhədlərin Omicron ştamının yayılmasının qarşısını almaq məqsədilə bağlandığını açıqlayıb.
İki ölkə arasında aviaəlaqələr davam edir.
Qazaxıstandan Özbəkistana təyyarə reysi ilə gələnlər koronavirusla əlaqədar 48 saat ərzində qüvvədə olan testin nəticəsini təqdim etməli, həmçinin Özbəkistan ərazisində ekspress test verməlidirlər.
Quru sərhədini isə vətənlərinə dönən Özbəkistan və Qazaxıstan vətəndaşları, hökumətlərarası feldyeger xidməti əməkdaşları, beynəlxalq yükdaşımaları həyata keçirənlər, rəsmi nümayəndə heyətlərinin üzvləri, diplomatik nümayəndəliklərin, konsulluqların əməkdaşları və onların ailə üzvləri, Özbəkistanın Qazaxıstanda və Qazaxıstanın Özbəkistanda yerləşən obyektlərinə xidmət edən heyətin üzvləri, investisiya layihələrində iştirak edənlər, Özbəkistanda daimi yaşayan Qazaxıstan və Qazaxıstanda daimi yaşayan Özbəkistan vətəndaşları, ağır xəstələrin və dəfn edilənlərin yaxın qohumları, ölənlərin meyitlərini müşahidə edənlər keçə biləcəklər.ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar