Xəbər lenti
Amerika alimlərindən İNANILMAZ KƏŞF: "Omikron"un çarəsi tapıldı
Amerikalı alimlər COVID-19-a qarşı əvvəllər naməlum olan onlarla anticismin xüsusiyyətlərini tədqiq edərək, SARS-CoV-2-nin “delta”, “beta” və “omikron” ştamlarını ən effektiv şəkildə zərərsizləşdirən güclü anticisimlərini müəyyən ediblər.
Tədqiqat zamanı Merilend ştatının Bethesda şəhərindəki Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) mütəxəssisləri 12 xəstənin immun hüceyrələrindən DNT zəncirlərini çıxarıb və zülalda antikor fraqmentlərinin görünməsi üçün onların əsas hissələrini bakteriofaq genomuna daxil ediblər.
Beləliklə, mütəxəssislər koronavirusa qarşı əvvəllər naməlum olan onlarla anticisim müəyyən edə biliblər. Onlardan ikisi - NE12 və NA8 - həm erkən koronavirus mutasiyalarını, həm də “delta”, “alfa”, “beta” və “omikron” ştamlarını zərərsizləşdirən ən güclü anticisimlər olduğu ortaya çıxıb.
Amerikalı alimlər əmindirlər ki, onların araşdırması xəstələrin qan nümunələrindən SARS-CoV-2-yə qarşı anticisimləri tez bir zamanda təcrid etməyə və çoxaltmağa, onların effektivliyini qiymətləndirməyə imkan verəcək. Alimlər ümid edirlər ki, kəşf COVID-19 üçün “omikron” variantı və SARS-CoV-2-nin digər növləri ilə yoluxduqda xəstələrin orqanizmini koronavirus infeksiyasının ağır formalarının inkişafından qoruya biləcək yeni dərmanların yaradılmasına gətirib çıxaracaq.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar