Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Hindistan Rusiya və ABŞ-la imzalanan hərbi müqaviləyə yenidən baxacaq

Tarix: 15-01-2022 21:34     Baxış: 3650 A- / A+
Hindistanın Müdafiə Nazirliyi Amerikanın “Boeing P-8 Poseidon” kəşfiyyat təyyarələri daxil olmaqla bir sıra xarici müdafiə müqavilələrini yenidən nəzərdən keçirməyə başlayıb.

Bu barədə “Republic World” öz mənbələri məlumat yayıb.

“Müdafiə Nazirliyi tamamilə xarici təchizatçılardan alınan “Buy Qlobal” kateqoriyasında idxal sövdələşmələrini nəzərdən keçirməyə başlayıb. Qurum bağlanan və təxirə salınan bir sıra hərbi müqavilələrin siyahısını hazırlayıb və onların hindistanlı təchizatçıların və ya tərtibatçıların xeyrinə bağlanıb-bağlanamayacağını müzakirə edir.

Bu siyahıya idxal olunan məhsullar arasında qısa mənzilli hava hücumundan müdafiə sistemləri, yedəkli artilleriya qurğuları, yer-hava raketləri, gəmidə uçan pilotsuz uçuş sistemləri, “Boeing P-8 Poseidon” kəşfiyyat və MiQ-29 döyüş təyyarələri daxildir”,-məlumatda deyilir.

Həmçinin cümə günü keçirilən görüş zamanı Hindistan Müdafiə Nazirliyi qısa mənzilli yer-hava raketləri və 14 helikopterin idxalı ilə bağlı müqaviləni ləğv edib. Eyni zamanda, Müdafiə Nazirliyi qoşunlara Fransadan “hava-yer” tipli raketlərin alınması və Rusiya helikopterlərinin əsaslı təmiri ilə bağlı müqavilə bağlamağa icazə verib. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar