Xəbər lenti
Bu erməni hərbçilərinin qalıqlarına görə cəza alan olmadı

Manevr.az axar.az-a istinadla xəbər verir ki, bunu İkinci Qarabağ müharibəsində məhv edilsələr də, adları itkin düşənlərin siyahısında yer alan, sonradan qalıqları tapılaraq Ermənistana aparılan hərbçilərdən birinin yaxın qohumu Arsen Quqasyan “iravunk.com” saytına müsahibəsində deyib.
Hərbçilərin yaxınları adından danışan Arsen Quqasyan əminliklə bildirib ki, bununla bağlı cinayət işinin başlanması iyrənc hadisəyə görə məsuliyyət daşıyan şəxslərin əməllərinə hüquqi qiymət vermək yox, yalnız ictimai narazılığı azaltmaq məqsədi daşıyıb.
“Biz Azərbaycan tərəfinin göstərmədiyi münasibəti Ermənistanda gördük. Abovyan meyitxanasında baş verənlərə görə cinayətkarların cavab verməsini tələb edirik, hüquq-mühafizə orqanlarının bu məsələdə geri çəkilməyə haqqı yoxdur. Bu məsələdə də geri çəkilsək, boynumuza kəndir keçirməliyik”, - deyən Quqasyan ölkə miqyasında etiraz hərəkatlarına başlayacaqlarının anonsunu verib.
Qeyd edək ki, 2021-ci il dekabrın 31-də erməni hərbçilərinin qalıqlarının Abovyan şəhərindəki meyitxananın zirzəmisində saxlandığı barədə informasiya geniş ictimaiyyətə məlum olub. Ermənistan Səhiyyə Nazirliyi ictimailəşən faktı etiraf etməkdən başqa yol qalmadığına görə DNK testindən keçirilən qalıqların yaxınları tərəfindən dəfn edilmək üçün aparılmasını gözlədiklərini bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar