Xəbər lenti
Batya Qazaxıstanla bağlı kəşfiyyat məlumatını açıqladı

Manevr.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Hər iki aksiyanı müqayisə edən Lukaşenko bildirib ki, Qərb xüsusi xidmət orqanlarının müdaxiləsi olmasaydı, bu hadisələr də olmazdı.
“Bu hadisələrin arxasında dövlətlər dayanır. Xatırlayın, 2020-ci ilin avqustunda bu ölkələr – bilirsiniz kimlərin əli ilə - bizə gəlmişdi. Əlbəttə, bütün qarışıqlıqları onların xüsusi xidmətləri yaradır. Amma burda onların buynuzlarını qırdıq”, - Lukaşenko qeyd edib.
Lukaşenko vurğulayıb ki, Belarus hadisələrindən sonra kollektiv Qərbin əsas hədəfi öz məqsədlərini gizlətmək olub:
“Xüsusi xidmətlər işlədi və heç kəs onların (bu işin arxasında olan dövlətlərin) fərqinə varmadı. Qazaxıstan kimi möhtəşəm dövlətdə o cür miqyaslı aksiyalar bir sutkada baş verdi?”
O, Qazaxıstanda böyük transmilli şirkətlərin maraqlarının kəsişdiyini iddia edib:
“Buna görə də komanda verildi: “Tələsməyin, sakit olun, hər şey aydın olanda səhnəyə çıxacağıq” – mən kəşfiyyatımızın ilk gündəki məlumatından sitat gətirdim. Hər şey orda vardı. Qazaxıstan, Belarus kimi, açar məntəqədir. Biz – Avropada, onlar – Mərkəzi Asiyada”.
Lukaşenko bildirib ki, Qazaxıstandan Rusiyanı “qızışdırmaq” mümkün idi; Əfqanıstan biabırçılığını (ABŞ-ın Əfqanıstanda uduzub çıxması – red.) kompensasiya etmək və nəinki Çinə, hətta bütün Asiyaya təsir etmək olardı:
“Buna görə də stavka olduqca yüksək idi”./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar