Xəbər lenti
“Əsgərlərinizi kazarmaya qaytarın” – Tələb Lavrovu qəzəbləndirdi

Bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, ABŞ artıq Rusiyadan qoşunlarını nəinki Ukrayna ilə sərhəddən çıxarmağı, hətta onları kazarlamalara göndərməyi tələb etməyə başlayıb.
“Şerman mətbuat konfransında açıq şəkildə belə dedi. Düşünmürəm ki, bu cür tələblərin tamamilə qəbuledilməzliyini izah etməyə ehtiyac var”, - Lavrov bildirib.
Bundan əvvəl ABŞ dövlət katibinin müavini Vendi Şerman Rusiya-Amerika danışıqlarının nəticələrinə görə Qərb ölkələrinin Ukrayna ərazilərini işğal edəcəyi təqdirdə ona qarşı kollektiv sanksiyalar tətbiq edəcəyini bildirib.
“Bu sanksiyalar əsas maliyyə institutlarına təsir edəcək, o cümlədən ixraca nəzarət edən əsas sənaye müəssisəllərini hədəf alacaq”, - amerikalı rəsmi qeyd edib.
ABŞ dövlət katibinin müavini hesab edib ki, Moskvanın Ukraynaya müdaxilə planlarının olmamasının əsl sübutu Ukrayna sərhədi yaxınlığında yerləşən Rusiya hərbçilərinin kazarmalara qayıtması olacaq.
Yanvarın 10-da Cenevrədə Rusiya və ABŞ nümayəndə heyətləri arasında təhlükəsizlik və strateji sabitliyin təminatlarına dair danışıqlar aparılıb. İki ölkə rəsmiləri arasında müzakirə təxminən 7.5 saat davam edib. Danışıqlar qapalı qapılar arxasında, jurnalistlərin iştirakı olmadan, BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəliyində keçirilib. teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar