Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Avropa Parlamentinin rəhbəri vəfat edib

Tarix: 11-01-2022 09:42     Baxış: 3230 A- / A+

Avropa Parlamentinin prezidenti, tanınmış siyasətçi və jurnalist David Sassoli vəfat edib.

Manevr.az
 xəbər verir ki, o, İtaliyada 66 yaşında dünyasını dəyişib. David Sassolinin mətbuat katibi xəbəri təsdiqləyib. İlkin məlumata görə, Avropa Parlamenti rəhbərinin ölümünə immun sistemi pozğunluğu səbəb olub.
Sassolinin mətbuat katibi Roberto Kuilyo Avropa Parlamentinin prezidentinin İtaliyanın Aviano şəhərində, yerləşdirildiyi Onkologiya Mərkəzində yerli vaxtla saat 01:15-də (Bakı vaxtı ilə saat 04:15-də-red) vəfat etdiyini bildirib. O, qeyd edib ki, Sassolinin dəfn mərasininin vaxtı yaxın saatlarda açıqlanacaq.
Kuilyo bazar ertəsi Sassolinin immun sistemi pozğunluğu ilə əlaqədar dekabrın 26-da İtaliyada xəstəxanaya yerləşdirildiyini bildirib.
Qeyd edək ki, o, ötən ilin sentyabrında pnevmaniya səbəbindən Strasburqda xəstəxanaya yerləşdirilmişdi. Həkimlər David Sassolinin vəziyyətini normal qiymətləndirdilər. Müayinə nəticəsində ona pnevmaniya diaqnozu qoyulmuşdu, sonra müvafiq müalicə keçirilmişdi. Sassoli Avropa Parlamentinin plenar sessiyası zamanı xəstəxanaya aparılmışdı.
O, Avropa Şurasını Qarabağ probleminin həllinə səy göstərmədiyinə görə tənqid etmişdi.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar