Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Tatar böhranı" bütün Rusiyanı bürüyə bilər

Tarix: 15-03-2017 10:24     Baxış: 2358 A- / A+
"Tatar böhranı" bütün Rusiyanı bürüyə bilər


Tatarıstandakı bir sıra banklarda olan böhranlı vəziyyət Rusiyanın digər regionlarında da təkrarlana bilər.

Manevr.az xəbər verir ki, bunu “Rosbalt” agentliyinə açıqlamasında rusiyalı analitik Timur Niqmatullin söyləyib. O, böhranlı situasiyanın Rusiyanın regionlarındakı bank sistemlərinin formalaşdırılmasında olan özəlliklərlə bağlı olduğunu bildirib:

“Tarixən bizdə əksər banklar ayrı-ayrı iri şirkətlərə əməliyyatlar keçirmək üçün açılıb. İndi də regional banklarda maliyyə sistemi əsasən böyük qruplar şəklində təmsil olunur. Əksər banklarda bu cür risk xarakteri daşıyan problemlər var. Ona görə də bu gün Tatarıstanda baş verənlərin istənilən başqa regionda təkrarlanma ehtimalı var. Bir neçə il ərzində Rusiyada banklar yarıya qədər azala bilər”.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı gözlənilmədən martın 3-də Tatarıstanın üç böyük bankının lisenziyasını ləğv edib. Ləğv edilən banklar “Tatfondbank”, “İntexbank” və “Sprut” olub.

“Tatfondbank” Tatarıstanın ikinci ən böyük bankı sayılırdı. Ekspertlər bankın borcunun 100 milyard rubldan çox olduğunu iddia edirlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar