Çeçenistan rəhbəri Ramzan Kadırov Qazaxıstandakı iğtişaşların iştirakçılarına müraciət edərək, onları öz gələcəkləri naminə dayanmağa səsləyib.
Manevr.az konkret.az-aistinadən xəbər verir ki, Kadırov etirazlardan sonra qazaxıstanlıların vəziyyətinin əvvəlkindən də pis ola biləcəyini deyib:
“Əziz qazax qardaş və bacılar. Dayanın! Uca Allaha and olsun ki, bu, xeyirə aparmayacaq” – deyə Kadırov vurğulayıb.
Çeçenistan rəhbəri əlavə edib ki, qazın hazırkı bahalaşması sabah Qazaxıstan üçün daha az problem sayılacaq: “Çünki hər şey bahalaşacaq, ancaq siz xarabalıqlarda yaşayacaqsınız. Bu gün siz varlığınızı sübut etdiniz, artıq bəsdir! Etdikləriniz doğru deyil. Niyə yandırmaq, məhv etmək, oğurlamaq lazımdır?. Mən indi qardaş qazax xalqı və Qazaxıstan üçün təəssüflənirəm” – deyə Kadırov fikirlərini tamamlayıb.
Xəbər lenti
Kadırov etirazçılara səsləndi: “Əziz qazax qardaş və bacılar dayanın! bu, xeyirə aparmayacaq”

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar