Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tokayev xəbərdarlıqsız atəş açmaq əmri verdi - VİDEO

Tarix: 07-01-2022 16:44     Baxış: 4220 A- / A+
Bu barədə Tokayev xalqa müraciətində deyib.
Tokayev həmçinin bütün vandalizm aktlarına sərt cavab verəcəyini vəd edib. Qazaxıstan prezidenti vətəndaşlardan bütün şübhəli şəxslər barədə polisə məlumat vermələrini xahiş edib.

"Bölgələrdə vəziyyətin sabitləşməsindən sonra fövqəladə vəziyyət tədricən aradan qaldırılacaq. Vəziyyətin sabitləşməsi ilə əlaqədar olaraq ölkənin müəyyən bölgələrində müəyyən vaxt intervallarında rabitəni-əlaqə vasitələrini bərpa etmək qərarına gəldim. Amma sizə xəbərdarlıq edirəm ki, internetə pulsuz çıxış uydurmaların, böhtanların və qızışdırıcı məqamların pulsuz yerləşdirilməsi demək deyil. Müraciətlər aşkar edilərsə, tədbir görəcəyik".

Kasım-Jomart Tokayev hücumçularla danışıqlar aparmaq təklifini cəfəngiyyat adlandırıb: "Cinayətkarlarla, qatillərlə danışıqlar aparmaq olar?" Prezident əlavə edib ki, xalqın dinc yolla səslənən bütün tələbləri dinlənilib.
"Quldurları məhv etmək lazımdır və bu, yaxın vaxtlarda həyata keçiriləcək. Yalnız Almatıya xaricilər də daxil olmaqla, 20 000 quldur hücum edib. Hücumçular silahı yerə qoymayıblar, cinayət törətməkdə davam edirlər və ya buna hazırlaşırlar. Kim təslim olmasa, məhv ediləcək" – Qazaxıstan Prezidenti xalqa müraciətində deyib. 
Tokayev bildirib ki, hökumət yaxın vaxtlarda brifinq keçirəcək: "Məlum oldu ki, xüsusi təyinatlılar, xüsusi vasitələr və texnika çatışmır. KTMT ölkələrinin liderlərinə, xüsusilə də Rusiya prezidentinə dəstəyə görə təşəkkür edirəm. Yüzlərlə mülki şəxs və hərbçi terrorçu quldurların hücumundan əziyyət çəkib və həlak olub. Qazax xalqına demək istəyirəm ki, sizinlə fəxr edirəm. Sabitliyi qoruyan və təxribatlara baxmayaraq, öz ölkələrinə sadiq qalan vətəndaşlara təşəkkür edirəm".
Kasım-Jomart Tokayev ölkədəki iğtişaşlar fonunda islahatlar planı və onların həyata keçirilməsi üçün konkret addımlar təklif edəcəyinə söz verib: "Mən tam əminəm ki, müqəddəs vətənimiz - Qazaxıstan dünya xəritəsində güclü dövlətə çevriləcək, iqtisadiyyatımız dinamik inkişaf edəcək, vətəndaşlarımızın sosial vəziyyəti yaxşılaşacaq. Bu məqsədlərə nail olmaq üçün islahat planı təklif edəcəyəm”".publika.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar