Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvan Qazaxıstandakı vəziyyətdən istifadə etməyə başladı - Paşinyan KTMT vasitəsilə...

Tarix: 07-01-2022 14:17     Baxış: 3313 A- / A+


"Qazaxıstan Mərkəzi Asiyada böyük əraziyə nəzarət edir və eyni zamanda Sovet imperiyası dağılandan sonra demək olar ki, ağrısız şəkildə müstəqilliyə transformasiya olundu, eyni zamanda müdrik, uzaqgörən lider sayəsində həm qonşularla münasibətləri normallaşdırmaq, Rusiya ilə balansı qorumaq, Çin ilə əməkdaşlığı dərinləşdirmək, ölkənin müstyəqilliyini tanıtmaq və eyni zamanda dünya arenasında Qazaxıstanı təmsil etmək istiqamətində böyük uğurlar əldə etmişdi. Və demək olar ki, Mərkəzi Asiya respublikaları içərisində bunu ən uğurlu edən elə Qazaxıstan dövləti idi".
Manevr.az bildirir ki, bunu milli.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Qazaxıstanda etirazçılar idarəolunmaz bir kütləyə çevirilirlər:
"Qazaxıstanın türkdilli, müsəlman dövləti olması, Azərbaycanın haqq işini dəstəkləməsi Azərbaycan üçündə orada baş verən prosesləri diqqətlə nəzərdən keçirmyə sövq edir. Sosial narazılıq fonunda baş verən problem daha sonra siyasi tələblərə, böyük iddialara gətirib çıxardı. İddiaların əsas tərəf müqavili Rusiya dövləti idi. Həm Baykanur Aerodromunun bağlanılması, Rusiya ilə münasibətlərin kəskin şəkildə pisləşdirilməsi istiqamətində iddialar, eyni zamanda bəzi sosial narazılıqları əmələ gətirən tələblər də var idi. Burada pensiya yaşının aşağı salınması, digər məsələlər diqqət çəkirdi. Lakin hökümət baş verən proseslər fonunda geri çəkilməyə məcbur oldu.
Birinci prezident Elbası Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verdi və o vəzifəni Qasım-Jomart Tokayev özü icra etməyə başladı. Eyni zamanda qaz daşıyıcılarına olan qiymət əvvəl 60 tenge idi, sonra 120 tengeyə qalxdı, tələblərdən sonra isə bu rəqəm 50 tengeyə düşürüldü. Belə olan təqdirdə də nümayişçilərin evlərə getməməsi, digər yeni tələblərlə çıxış etməsi artıq burada siyasi kontekstin olması, kənar əllər vasitəsilə manipulyasiya edilməsi, siyasi texnologiya elementlərindən geniş şəkildə istifadə olunması da bunu deməyə əsas verdi ki, meydanda olan şəxslər idarəolunmaz bir kütləyə çevirilirlər.
Siyasi liderin olmaması və müxalifətdə olan hər hansısa qruplaşmalardan kimlərinsə önə çıxıb kütləni idarə etməkdən imtina etməsi də gətirib elə bir vəziyyətə çıxardı ki, insanlar qonşunun, qohumun, dostun evinə girib əmlakını yarmalayırdılar və özləri üçün müəyyən çıxarlar var idi. Bütün bunlar anarxiya, xaos vəziyyətinə gətirib çıxardı. Nəticədə isə ölkədə dövlət və dövlətçilik sual altında qalırdı. Tokayevin xalqa iki müraciəti də öz nəticəsini vermədi. Hökümətin istefa verməsi və baş nazirinin müavininin müvəqqəti olaraq baş nazir vəzifələrini icra etməsi də bir nəticə vermədi.

Bu proseslərdə diqqət çəkən bəzi məqamlar da oldu. Artıq Qazaxıstan tərəfinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciətindən sonra bura KTMT qüvvələrinin yeridilməsi ilə bağlı siyasi və hərbi qərar verilməsində Ermənistanın baş naziri Nikol Paşinyanın xüsusi canfəşanlıq göstərməsini də müşahidə etdik. Onun Qazaxıstanın təhlükəsizliyi məsələsində iştirakda bu qədər canfəşanlıq etməsi hiddət və ikrah doğuran bir məsələdir. Azərbaycanlı 44 günlük müharibədəki tarixi Zəfərlə əlaqədar ölkəmizi təbrik edən dövlətlər sırasında Qazaxıstan da var idi, bu nöqteyi nəzərdən Qazaxıstanda və onunla bağlı baş verən məsələlər bizə maraqlıdır. KTMT-nin sədrliyini hazırda Ermənistan və onun baş naziri icra edir. Tez bir şəkildə qərarın qəbul olunması və KTMT nizamnaməsinin 4-cü maddəsinə istinad edərək "təhülkəsizliyi qorumaq" adı altında bura müttəfiq qoşunlarının yeridilməsi həm də Ermənistanın əlinə işləyən bir məsələdir.
Qazaxıstanda tarixi dövrlərdə Ermənistanın bolşeviklərlə əlbir olaraq hansı cinayətlər törətməsi, Türküstanda baş verən qanlı faciələri də yaxşı xatırlayırıq. Mənə elə gəlir ki, qazax xalqı da bunu unutmayıb. Ona görə də bu proseslərdən çox yaxşı tarixi nəticələr çıxartmaq olar. Bu səbəbdən də Ermənistan tez bir şəkildə həm KTMT-nin nüfuzunu artırmaq, həm özünün təşkilat daxilində nüfuzunu daha da dirçəltmək istiqamətində addımlar atdı. Lakin biz təşkilatın baş katibi Yuri Xaçaturovun həbsini də diqqətlə nəzərdən keçirməliyik. Eyni zamanda yeni baş katib, belaruslu Stanislav Zasın namizədliyi irəli sürüləndə çoxsaylı əngəl və maneələri törədən də elə Ermənistan tərəfi idi. Və təşkilatın Ermənistanın yürütdüyü regional və qlobal səviyyədə siyasətdən KTMT də əziyyət çəkirdi, Ermənistan cəmiyyətində müxtəlif neqativ reaksiyalar yaranırdı və bu təşkilata da proyeksia olunurdu. Buna görə də təşkilatın reablitasiya olunmasında da elə Ermənistan rolunu oynadı və Ermənistan təçkilatın Qazaxıstanın təhlükəsizliyini qorumaq, ictimai asayişi bərqərar etmək fonunda Qazaxıstana girməsi ilə təşkilatın da beynəlxalq reytinqi daha da artmış oldu.

Bu, təbii ki, Ermənistanın Qazaxıstan ərazisində işğal və bu səpgidə olan addımların atılması ilə qazax xalqının Ermənistana olan münasibətini də gələcəkdə bəlirləyəcək. Digət tərəfdən Azərbaycan iyul döyüşlərində, Vətən müharibəsində çox uğurlu şəkildə KTMT ilə və orada hegemon rolu oynayan Rusiya ilə münasibətlərini tənzimləmişdi, burada Prezidentimizin müdrik siyasəti və regional balansı qorumaq nöqteyi nəzərdən həyata keçirdiyi fəaliyyət xüsusilə diqqət çəkir. Ermənistan tərəfi dəfələrlə müxtəlif maneələrlə regiona KTMT qüvvələrini cəlb etməyə çalışırdı, burada müxtəlif manipulyasiyalar edirdi, saxta, həqiqətə uyğun olmayan məlumatlar paylaşırdı. Bu, ötən ilin (2021) 16 noyabr tarixində baş vermiş hadisələrdə də, may ayında da belə idi. Lakin Azərbaycan çox doğru formalaşdırdığı xarici siyasət, strategiyasına uyğun olaraq addımlar atırdı. Qazaxıstanda baş verən hadisələr göstərir ki, regional təfəkkürdən çıxış etməmək, qüvvələr balansını düzgün dəyərləndirməmək və ölkədə olan sosial problemlərə yol açan islahatları həyata keçirməmək sonda fəlakətlərə gətirib çıxarda bilir. Bu nöqteyi nəzərdən Azərbaycan da çox doğru istiqamətdə addımlar atırdı".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar