Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

İyirmi il axtarışda olan mafia başçısı “Google Maps”lə tapıldı - Şəkil

Tarix: 07-01-2022 08:33     Baxış: 4177 A- / A+
İtaliyanın Siciliya bölgəsində tanınan və 20 ildir axtarışda olan mafiya başçısı Qioaççino Qammino “Google Maps” adlı xəritə tətbiqində görünən fotoşəkili sayəsində İspaniyada tutulub.

İtaliyada milli mətbuatda yer alan xəbərə görə, o, İspaniya və İtaliya polis idarələrinin əməkdaşlığı ilə həyata keçirilən əməliyyatda yaxalanıb. Məlum olub ki, Qammino heç bir şübhə doğurmamaq üçün Madridin şimalında 25 min əhalisi olan Qalapaqar rayonunda sadə bir vətəndaş kimi yaşayaraq, baqqal və aşpaz işləyib.

İtaliyanın “La Repubblica” qəzetində İtalyan Mafiya Araşdırmasına İdarəsinə (DIA) əsaslanaraq dərc edilən xəbərdə, ən çox axtarılan 100 mafiya başçısından biri olan Qamminonun tutulmasında “Google Maps” tətbiqinin həlledici olduğu vurğulanıb.

Araşdırma zamanı Qalapaqarda "Manu bağı" və "Manu mətbəxi" başlıqlı plakatların “Google Maps” vasitəsilə diqqət çəkdiyi bildirilib və “Facebook” səhifəsində özünü “Manuel şef” kimi təqdim edən şəxsin əslində Qioaççino Qammino olduğu müəyyən edilib.

100 ən çox axtarılan mafiya başçısından biri olan Qammino “Məni necə tapdınız? 10 ildir ailəmə belə zəng etmirəm”, deyib.

Çoxsaylı mafiya cinayətlərinə görə mühakimə olunan və ilk dəfə 1990-cı illərin sonunda Barselonada yaxalanan Qamminonun 2002-ci ildə film çəkilişləri zamanı Romadakı həbsxanadan müəmmalı şəkildə qaçdığı və o vaxtdan bəri axtarışda olduğu bildirilir. oxu.az

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar