Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident BMT-ə niyə ''vələdüzna'' dedi?

Tarix: 22-08-2016 19:44     Baxış: 3524 A- / A+
Prezident BMT-ə niyə

“The İndependent” yazır ki, “Filippinin “Fərraş” ləqəbli davakar prezidenti” Birləşmiş Millətlər Təşkilatını ölkəsinin bu qurumdan çıxacağı ilə hədələyib.

Buna səbəb BMT-nin prezidentin narkotika qaçaqmalçılarını qəddarcasına cəzalandırmasını tənqid etməsi olub. Böyük səs çoxluğu ilə ötən may ayında prezident seçilmiş Rodrigo Duterte “son of a bitch” söyüşünü BMT-nin başa düşəcəyi ingilis dilində söyüb.
“Bəlkə yaxşısı budur ayrılaq” – deyib qəzəbli prezident.

Ötən bazar günü Filippinin cənubundakı Davao şəhərində çıxış edən 71 yaşlı prezident BMT-ni aclıq və beynəlxalq münaqişələrlə mübarizədə aciz qalmaqda ittiham edib.

Özünün 20 il mer olduğu şəhərdə etdiyi nitqdə Duterte BMT-yə sanki konkret şəxsə müraciət edirmiş kimi deyib: “Çıxart bizi öz təşkilatından. Onsuz da bizim üçün heç nə etməmisən. Heç nə. Nə vaxt axırıncı dəfə olmusan burda? Heç vaxt. Bircə tənqid eləməyi bacarırsan”.

“The Independent” yazır ki, cənab Duterte ölkədə meydan sulayan narkotik maddə alış-verişinin kökünü kəsmək üçün polislərə narkotik maddə qaçaqmalçılarını sorğu-sualsız vurub öldürmək əmri verib.

O hətta adi vətəndaşlara elan edib ki, narkotik maddə satanı öldürənə orden-medal veriləcək. Məqalədə deyilir ki, Duterte ötən iyunda prezidentliyə başlayandan bəri polis 650 nəfəri öldürüb. Daha 900 nəfərin “ayıq-sayıq vətəndaşlar” tərəfindən qətlə yetirildiyi güman edilir.

“The Independent” yazır ki, BMT məhz belə qəddar mübarizə metodlarına görə Fillippin prezidentini kəskin tənqid edib. BMT-nin qanunsuz edamlar üzrə məruzəçisi Agnes Callamard ötən həftə açıqlanmış hesabatında deyib ki, Filippinin hakimiyyət orqanları adamların qətl məqsədilə hədəflənməsinə və qanunsuz edamlara dərhal son qoymalıdır.
Məruzəçi deyib ki, qanunsuz narkotik maddə qaçaqmalçılığı ilə mübarizə hökuməti beynəlxalq hüquqi öhdəliklərindən azad etmir və qanunsuz qətllərə görə dövlət birbaşa məsuliyyət daşıyır.

Yoxsulluq və tüğyan edən cinayətkarlıqdan təngə gəlmiş xalqın qəzəb dalğasında hakimiyyətə gələn Duterte özünün dövlət nitqində deyib ki, insan haqlarının vəziyyətindən şikayətlər onu narkotiklərə qarşı mübarizədən yayındıra bilməyəcək.

Bazar günü etdiyi çıxşında prezident BMT-dən əlahiddə beynəlxalq qurum yaradılmasını təklif edib və Çin və Afrika ölkələrini bu yeni təşkilata qoşulmağa çağırıb (BBC).



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar