Xəbər lenti
20 ildir axtarılan mafiya başçısı "Google Maps" ilə tutulub
İtaliyanın Siciliya bölgəsində məhşur olan və 20 il axtarılan mafiya başçısı Gioacchino Qamminonun "Google Maps" adlı xəritə tətbiqində görünən foto sayəsində İspaniyada yaxalandığı bildirilib.
Manevr.az bizimyol.info-ya istinadən xəbər verir ki, mətbuatın verdiyi məlumata görə, İspaniya və İtaliya polis qüvvələrinin əməkdaşlığı ilə həyata keçirilən əməliyyatda yaxalanan Qammino hər hansı bir şübhə doğurmamağa çalışıb.Onun Madridin şimalında 25 min əhalisi olan Qalapaqar rayonunda sadə bir vətəndaş kimi yaşayaraq meyvə-tərəvəz satıcısı və aşpaz işlədiyi bildirilib.
İtaliyanın “La Repubblica” qəzetində İtalyan Mafiya Araşdırmasına (DIA) əsaslanaraq dərc edilən xəbərdə, Qamminonun ən çox axtarılan 100 mafiya başçısından biri olduğu qeyd edilib.
"Google Maps" vasitəsilə araşdırma zamanı Qalapaqarda "Manu bağı" və "Manun mətbəxi" adlı plakatlar diqqət çəkib.
Polisin işə qarışması ilə "Facebook" səhifəsində özünü "Baş Manuel" kimi təqdim edən şəxsin əslində Gioacchino Gammino olduğu anlaşılıb.
Qammino tutulan zaman o, polisə "Məni necə tapdınız? 10 ildir ailəmə belə zəng etmirəm", - deyib.
Çoxsaylı mafiya cinayətlərinə görə mühakimə olunan və ilk dəfə 1990-cı illərin sonunda Barselonada yaxalanan Qamminonun 2002-ci ildə film çəkilişləri zamanı Romadakı həbsxanadan müəmmalı şəkildə qaçdığı və o vaxtdan bəri axtarışda olduğu bildirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar