Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qərb qorxu içində: “Avropa iki ay qazsız qala bilər”

Tarix: 05-01-2022 16:33     Baxış: 4280 A- / A+
twitter sharing button
Avropa güclü şaxta və yanacaq çatışmazlığı səbəbindən iki ay ərzində qazsız qala bilər.
Manevr.az konkret.az-a istinadla xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb:
“Güclü şaxta və anbarlarda mavi yanacağın az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var. Ötən il Avropa ölkələrində külək və günəş enerjisinin qeyri-sabitliyi səbəbindən elektrik enerjisi istehsalı aşağı düşüb. Qarşıda qışın ən soyuq iki ayı var və Avropanın qazsız qala biləcəyi ilə bağlı qorxular mövcuddur” – deyə nəşr yazıb.
“Wood Mackenzie” konsaltinq şirkətinin vitse-prezidenti Massimo Di Odoardo isə bildirib ki, “Şimal axını 2” və ya mövcud marşrutlar vasitəsilə Rusiyadan əlavə tədarüklər olmadan anbarlardakı qaz ehtiyatlarını tələb olunan səviyyəyə çatdırmaq mümkün deyil.
Həm hava amili, həm də “Şimal axını 2”nin işə salınmaması vəziyyəti xeyli qəlizləşdirib. “Şimal axını 2” kəmərinin hər iki xətti texniki qazla doldurulub və istismara hazırdır. Lakin gözlənildiyi kimi, ilin ikinci yarısına qədər istismara verilməyəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar