Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyalı jurnalist: “Telman İsmayılov həyatıma sui-qəsd hazırlayır”

Tarix: 04-01-2022 12:48     Baxış: 3248 A- / A+

“Rossiya 1” telekanalının efirində jurnalist Arkadi Mamontov Moskvadakı “Çerkizov” bazarının keçmiş sahibi Telman İsmayılovun hədələri ilə bağlı Rusiya İstintaq Komitəsinə müraciət etdiyini deyib.

Buna səbəb T.İsmayılovun müsahibələrindən birində “Çerkizov” bazarında baş verən qanun pozuntuları ilə bağlı jurnalist araşdırmalarının müəllifi Mamontov barəsində dediyi “sağlığına nəzarət etməlidir, çünki o, bir az xəstədir və lazım olmayan yerdə gəzir, olmayanı yazır” ifadələri olub.
“Bu sözlər mənim təhlükədə olduğuma və onun həyatıma qəsd hazırladığına eyhamdır. Rusiya Federasiyasının İstintaq Komitəsinə müraciət edirəm ki, bugünkü müsahibəmi İsmayılovun mənə qarşı gözlənilən sui-qəsd cəhdi ilə bağlı rəsmi bəyanat kimi qəbul edin”, – deyə Mamontov bildirib.
Jurnalist onu da bildirib ki, “Çerkizov” bazarında baş verən qanun pozuntuları ilə bağlı xəbərlərində qeyd olunan faktların hamısı dəqiqdir.
Qeyd edək ki, Rusiyada qətl və insan oğurluğunda ittiham olunan biznesmen Telman İsmayılov Monteneqroda sığınacaq alıb./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar