Xəbər lenti
Saakaşvili yeni tələblər irəli sürdü və vaxt qoydu

Hazırda 12 saylı Rustavi həbsxanasında cəza çəkən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili hakimiyyətə iki yeni tələb irəli sürüb.
Bu barədə onu ziyarət edən vəkilləri məlumat verib.Hüquq müdafiəçisi Şota Tutberidze jurnalistlərə bildirib ki, Saakaşvilinin iki əsas tələbi var: konfidensiallığa riayət edilməklə rabitəni bərpa etmək və müstəqil həkimlərin ona baxış keçirməsi üçün şərait yaratmaq.
Tutberidzenin sözlərinə görə, bu tələblərin yerinə yetirilməyəcəyi təqdirdə, Saakaşvili yanvarın 6-dan etirazın son formasına əl atacaq. Vəkil onun nədən ibarət olacağını dəqiqləşdirməyib.
Vəkillərin sözlərinə görə, hələ də Saakaşvilinin yanına müstəqil konsiliumun həkimlərini buraxmırlar.
Qeyd edək ki, Gürcüstanın eks-prezidenti 50 günlük aclıq aksiyasından sonra Qori hərbi hospitalında reabiltasiya kursu keçmiş, dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.
Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, 6 il müddətinə həbs olunub./qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































