Xəbər lenti
Hollandiyada nazir postuna gətirilən 2 türk - Onlar kimdir?
Hollandiya Baş naziri Rutte liderliyində 4 partiyalı koalisiya hökumətində türk kökənli iki nazir də təmsil olunacaq.
Manevr.az teleqraf.com-a istinadla xəbər verir ki, Dilan Yeşilgöz təhlükəsizlik və ədliyyə, Günay Uslu isə mədəniyyət və media üzrə dövlət naziri olacaq.
Qeyd edək ki, Hollandiyada martın 17-də keçirilən seçkilərdən sonra koalisiya hökumətində təmsil olunacaq şəxslərin adları açıqlanıb. Mark Ruttenin baş nazir olacağı hökumətdə 28 nazir təmsil olunacaq. Nazirlərin 14 xanım, 14 kişidir.
18 iyun 1977-ci ildə Ankarada anadan olan Dilan Yeşilgöz həmkarlar ittifaqı üzvü, Tuncelidə doğulmuş qaçqın əsilli siyasətçidir. Yeşilgözün valideynləri 1980-ci il çevrilişindən sonra Türkiyədən qaçaraq Hollandiyadan sığınacaq istəyib. Amsterdam Universitetində sosial-mədəni elmlər üzrə təhsil alan Yeşilgöz 2014-2017-ci illər arasında Amsterdam Şəhər Şurasının üzvü olub. Yeşilgöz 2017-ci il seçkilərində VVD siyahısından Hollandiya Nümayəndələr Palatasına daxil olub. Ötən ilin mart ayında keçirilən seçkilərdə yenidən millət vəkili seçilən Yeşilgöz, 25 may 2021-ci ildə müvəqqəti hökumətdə iqtisadi işlər və iqlimdən məsul dövlət naziri vəzifəsinə təyin edilib. Yeni hökumətdə isə təhlükəsizlik və ədliyyə naziri vəzifəsini icra edəcək.
Günay Uslu isə Afyonkarahisarın Emirdağ rayonundan olan bir ailənin övladıdır. Amsterdam Universitetində mədəniyyət tarixi üzrə fəlsəfə doktoru olan 49 yaşlı Günay Uslu Avropa mədəniyyət tarixi, irsi və muzeyləri üzrə ekspertdir. Uslu Amsterdam Göz Filmləri Muzeyinin Müşahidə Şurasının sədridir. Günay Uslu Hollandiya hökumətində media və mədəniyyət üzrə dövlət naziri olacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar