Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Cənubi Koreyadan Şimali Koreyaya necə qaçdı? - Kimliyini belə tapa bilmirlər

Tarix: 02-01-2022 09:10     Baxış: 4354 A- / A+

Naməlum şəxs şənbə günü Qanqvon əyalətinin şərq hissəsindəki maneələri keçərək Cənubi Koreyadan Şimali Koreyaya qaçıb.


Bu barədə “Ryenhap” agentliyi Koreya Respublikası ordusuna istinadən məlumat yayıb.

Bildirilib ki, şənbə günü saat 21.20-də (Bakı vaxtı ilə 16.20) xüsusi texnika silahsızlaşdırılmış zonada bir nəfərin olmasını izləyib. Onun kimliyini müəyyən etmək mümkün olmayıb. 

Həmin şəxsi ələ keçirmək üçün hərbçilər göndərilib. Demilitarizasiya zonasında keçirilən əməliyyat zamanı məlum olub ki, naməlum şəxs təxminən yerli vaxtla saat 22.40-da hərbi demarkasiya xəttini keçib və Şimala qaçıb. 

Bazar günü səhər Cənubi Koreya hərbçiləri Şimala rabitə xətti vasitəsilə insident barədə bildiriş göndərib. Şimali Koreya ordusunda heç bir xüsusi hərəkətlənmə olmayıb. lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar