Xəbər lenti
Paşinyanın qızının 1 379 dollarlıq ayaqqabısı ermənilər arasında hiddət yaratdı - ŞƏKİL

Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyanın 1 379 dollarlıq ayaqqabısı ölkə əhalisi arasında geniş rezonans və hiddət yaradıb.
Manevr.az bildirir ki, report bu barədə "armday.am"a istinadən xəbər verir.
Belə ki, baş nazirin qızı Mariam Paşinyan dünya şöhrətli dizayner "Manolo Blahnik"in ayaqqabısını geyinərək onun şəklini sosial şəbəkədəki hesabında paylaşıb. Bu ayaqqabıların orta qiyməti təxminən 500 ABŞ dollarından başlayır. "Armday.am" saytı araşdırma zamanı müəyyən edib ki, baş nazirinin qızının geyindiyi ayaqqabının qiyməti 1 379 ABŞ dollardır.
Bir çox ermənilər sosial şəbəkələrdəki hesablarında baş nazirin qızının bu cür dəbədbəli geyiminə birmənalı yanaşmayıblar. Onu qınayanlar, bu cür dəbdəbəli geyimlə bağlı araşdırmaların aparılması vacibliyini vurğulayanlar daha çox olub.
Qeyd edək ki, daha əvvəl Ermənistan diasporunun bəzi nümayəndələri Mariam Paşinyanın istirahətinə və əyləncəsinə müdaxilə ediblər. Bununla bağlı videogörüntüləri ictimai fəal Akop Bereberyan özünün feysbukdakı səhifəsində yerləşdirib. Videoda diaspor nümayəndələrindən birinin baş nazirin qızının istirahətinə və əyləncəsinə müdaxilə etməsi əks olunur. "Onun atası 5 min insanı öldürüb", - diaspor nümayəndələrindən biri Paşinyanın qızına həqarətlə deyib.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar