Xəbər lenti
Bayden: Rusiya Ukraynanı işğal edərsə, Qərb buna qəti cavab verəcək

ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə telefon danışığında Rusiyanın Ukraynaya təcavüz edəcəyi halda Vaşinqton və müttəfiqlərinin qəti cavab verməyə hazır olduğunu açıqlayıb.
Manevr.az bizimyol.info-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psakinin yaydığı yazılı açıqlamada deyilir."Prezident Bayden Rusiyanı Ukrayna ilə gərginliyi azaltmağa çağırıb. O, açıq şəkildə bildirdi ki, Rusiya Ukraynanı bir daha işğal etməyə cəhd edərsə, ABŞ, müttəfiqləri və tərəfdaşları bu təcavüzə qəti cavab verəcəklər", - deyə açıqlamada qeyd edilir.
Dünən gecə baş tutan telefon danışığı iki prezident arasında son bir ayda ikinci danışıq olub. Dekabrın 7-də Putin və Bayden telekonfrans formatında danışıblar. Dovət başçılarının danışığı iki saat davam edib. Əsas mövzu Ukrayna ətrafındakı vəziyyət olub. Liderlər həmçinin ikitərəfli əlaqələr, kibertəhlükəsizlik və İranın nüvə sazişini müzakirə ediblər.
Yeni söhbətin təşəbbüskarı Putin olub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun jurnalistlərə verdiyi məlumata görə, söhbətin məqsədi liderlər arasında əvvəlki söhbətin gündəliyində olan məsələlərin, eləcə də 2022-ci ilin yanvarında keçiriləcək danışıqların müzakirəsini davam etdirməkdir. Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Emili Horn öz növbəsində bildirib ki, Bayden Putinlə bir sıra mövzuları, o cümlədən Rusiya ilə gözlənilən diplomatik təmasları müzakirə etməyi gözləyir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar