Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyada bir ilk: İflic olmuş adam sadəcə, düşünərək tvit yazmağı bacardı

Tarix: 30-12-2021 11:23     Baxış: 3448 A- / A+
Dünyada bir ilk: İflic olmuş adam sadəcə, düşünərək tvit yazmağı bacardı

Kompüter şirkəti “Synchron”, Stentrode beyin-kompüter interfeysi, başqa sözlə, bədənə beyin siqnallarını təhlil edən və əmrləri yerinə yetirməyə kömək edən mikroçip yerləşdirib, iflic olan xəstəyə öz fikirlərini tvit etmək imkanı verir.

Manevr.az bizimyol.info-ya istinadən xəbər verir ki, şirkət, dekabrın 23-də açıqlayıb ki, Philip Okeefe sosial mediada birbaşa düşüncə vasitəsilə dünyaya uğurla mesaj göndərən ilk şəxsdir.
Philip Okeefe açıqlamalarından birində bildirib ki, bu texnologiya haqqında ilk dəfə eşidəndə bunun ona nə qədər müstəqillik verə biləcəyini anlayıb.
“Sistem heyrətamizdir, velosiped sürməyi öyrənmək kimi təcrübə tələb edir. İndi mən sadəcə kompüterdə hara klikləmək istədiyimi düşünürəm. Twitter vasitəsilə e-poçt, bank, alış-veriş və dünyaya mesaj göndərə bilərəm”,-deyə bildirib.
Qeyd edək ki, Okeefe çipi insult keçirdikdən sonra, 2020-ci ilin aprel ayında alınıb. O vaxtdan bəri o, ailəsi və iş yoldaşları ilə yenidən əlaqə yaratmaq üçün texnologiyadan istifadə edir, e-poçt vasitəsilə əlaqə saxlamağa davam edir və biznes layihələrində fəal iştirak edir.
Synchron şirkətinin baş direktoru açıqlamalarından birində qeyd edib ki, bu gülməli tvitlər əslində implantasiya edilə bilən beyin-kompüter interfeysləri sahəsi üçün vacib məqamdır.
“Onlar BCI-lərin (beyin-kompüter interfeysləri) iflic səbəbindən funksional müstəqilliklərinin çoxundan məhrum olmuş Phil kimi insanlara verdiyi əlaqəni, ümidi və azadlığı vurğulayırlar”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar