Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağda Paşinyana qarşı üsyan

Tarix: 28-12-2021 13:18     Baxış: 4301 A- / A+

""Artsax"da qeyri-adi vəziyyət yaranıb: siyasi elita müxalifətdən tutmuş hakimiyyətə qədər Ermənistan hakimiyyətinə qarşı üsyan qaldırıb".

Manevr.az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Erməni nəşri mövzunu davam etdirərək qeyd edib:
"Arayik Arutyunyan Paşinyanı "Artsax"dan rədd etmək prosesinə başlayaraq bu vəziyyəti sona çatdıracaq, yoxsa ona qarşı təhlükə artıq neytrallaşdırılıb və dövlət marağı artıq əhəmiyyət kəsb etmir?
Nikol Paşinyanın mətbuat konfransında dediyini xatırladaq: ona elə bir danışıqlar irsi çatıb ki, o, "Artsax"ın erməni ərazisi olaraq qalacağını deyə bilməz, xüsusən də son günlərdə.
Məsələ ondadır ki, Ermənistan Baş naziri Samvel Babayan vasitəsilə Arayik Arutyunyanın hakimiyyətdən uzaqlaşdırılması proqramını həyata keçirməyə çalışıb: əvvəlcə büdcənin qəbulunu uğursuzluğa düçar etmək, sonra isə "Artsax prezidenti"nə impiçment elan etmək.
Nəticədə "Artsax" öz subyektivliyini itirəcək və daha "prezident" seçə bilməyəcəkdi. Lakin Arayik Arutyunyan bu sui-qəsddən xəbər tutub və müxalifətlə məsləhətləşmələr nəticəsində bu proqramın birinci hissəsinin qarşısını ala bilib - büdcə qəbul edilib.
"Artsax" tezliklə ikinci seriyanın şahidi olacaqlarını istisna etmir. Babayan bəzi dairələrin köməyi ilə Arutyunyana qarşı etirazlar yaratmağa çalışacaq.
Yeri gəlmişkən, büdcə layihəsinin qəbulundan sonra, dekabrın 23-də Babayan Arutyunyanla görüşməyə cəhd etsə də, rədd cavabı alıb”

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar