Xəbər lenti
İran idmançılarını Xankəndiyə separatçıların turnirinə göndərir - TƏXRİBAT
Separatçı tör-töküntüləri Qarabağda növbəti qanunsuz tədbirə hazırlaşır.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçı-terrorçu rejim növbəti qanunsuz tədbir keçirəcək.
Erməni separatçılar Xankəndidə müharibədə ölən erməni əsgərlərin xatirəsinə həsr olunmuş turnir təşkil edəcəklər.
Dekabrın 28-də saat 19:00-da keçiriləcək turnir MMA (qarışıq döyüş növləri) üzrə olacaq. Turnirdə Qarabağdakı erməni idmançılarla yanaşı, Ermənistan və İranın da idmançıları iştirak edəcəklər.
Azərbaycan torpaqlarında belə bir turnirin təşkili qanunsuzdur. Separatçı-terrorçu rejim bununla “hələ də nəfəs aldığını” göstərməyə çalışır. Bu prosesdə Ermənistanın onlara dəstəyi də təəccüblü deyil. Əsas məqam turnirə İran idmançılarının da qatılmağa hazırlaşmasıdır.
İranla Azərbaycan arasında sonuncu dəfə gərginlik məhz Xankəndinə icazəsiz yük daşımaları ilə bağlı olub. Azərbaycanın ərazi bütövlüyünə qarşı olan bu daşımalar rəsmi Bakının sərt reaksiyasına səbəb oldu. Lakin İran tərəfi yük daşımalarında məsuliyyəti özəl şirkətlərin üzərinə qoymaqla prosesdən yayınmağa çalışdı. Yalnız Bakının Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisinə düşən hissəsində praktiki tədbirlər görməsindən sonra daşımaların qarşısı alındı. Bu gərginlikdən sonra Bakı və Tehran arasında münasibətlər normallaşma xətti üzrə davam edir, hətta iki ölkə arasında bir çox mühüm razılaşmalara imza atıldı. Bütün bunların fonunda İran idmançılarının Xankəndidə təşkil olunan qanunsuz turnirə qatılması nə Tehranın Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair bəyanatlarına, nə də Bakı-Tehran münasibətlərinin ruhuna uyğun deyil.
Və açıq qalan suallar yaranır: İran Azərbaycanla münasibətlərin normallaşması prosesində səmimidirmi? Səmimidirsə, niyə idmançılarının separatçıların qanunsuz yarışına qatılmaq üçün Xankəndiyə getməsinə icazə verir? Qanunsuz yük daşınması məsələsində olduğu kimi, bu dəfə də məsuliyyətdən yayınmağa çalışacaq?
Azərbaycan Qarabağa qanunsuz səfər edəcək İran idmançılarını qara siyahıya salacaq. Lakin İran bu suallara cavab verməli və bu qanunsuz addımın qarşısını almalıdır, əks təqdirdə ən azı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə dair bəyatlarının səmimi olmadığı aydın olacaq. konkret.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar