Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Pentaqon Rusiya ilə mübarizəyə yeni plan hazırlayır

Tarix: 27-12-2021 15:28     Baxış: 3267 A- / A+
ABŞ Müdafiə Nazirliyi özünün yeni müdafiə strategiyasını hazırlayıb və bunu 2022-ci ilin əvvələrində açıqlamaq niyyətindədir.

Manevr.az  musavat.com-a istinadən xəbər verir ki, bu barədə “19FortyFive” saytı məlumat yayıb.

 Pentaqon rəhbərinin müavini Mira Karlinin sözlərinə görə, hər bir milli müdafiə strategiyası ölkənin silahlı qüvvələrinin planlaşdırılmasının konstruksiyasını müəyyən etməlidir.

 Mira Karlin ABŞ-ın müdafiə ilə bağlı yeni strategiyasının əsasən Çinə qarşı yönələcəyini gizlətməyib. O, Birləşmiş Ştatların “nəinki yox olmayan, hətta metastaz verən və ya dəyişən problemlərin həlli üçün müttəfiqləri ilə çalışacağını” vurğulayıb.

 ABŞ Müdafiə Nazirliyinin yeni planı prezident Co Baydenin hələ bu ilin mart ayında açıqladığı “Milli təhlükəsizlik müvəqqəti strategiyası”na söykənəcək. Burada 3 əsas vəzifə müəyyən edilib. Bunlardan birincisi ABŞ-ı qüdrətli edən sahələri (iqtisadiyyat, müdafiə və demokratiya) müdafiə etmək və dəstəkləmək, ikincisi Rusiya və Çin kimi rəqiblərin qarşısını almaq üçün hakimiyyətlərin əlverişli bölgüsünə çalışmaq, üçüncüsü demokratik dövlətlərdən, institutlardan və qanunun aliliyindən asılı olan açıq, sabit beynəlxalq sistemi dəstəkləmək”dən ibarətdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar