Xəbər lenti
Yerin yaranması haqda şok iddia - Əvvəlki nəzəriyyə alt-üst oldu
Alman elm adamları Yer və Marsın daxili Günəş sistemindəki daha kiçik “planet embrionlar”ı arasında toqquşma nəticəsində əmələ gəldiyini iddia ediblər.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, “Science Advances” elmi jurnalında dərc edilən araşdırmada Yerin yaranmasına dair digər nəzəriyyələrlə ziddiyyət təşkil edən iddialar yer alıb.
Yerin xarici Günəş sistemindən Günəşə doğru sürüklənən çınqılların yığılması nəticəsində əmələ gəldiyi geniş şəkildə qəbul olunur.
Münster Universitetinin tədqiqatçıları 10 Mars meteoritindən götürülmüş nümunələrdə titan, sirkonium və molibdenin izotopik tərkibini təhlil edərək, Yerin əmələ gəlməsi üçün hansı nəzəriyyənin doğru olduğunu analiz ediblər.
Elm adamlarının sözlərinə görə, bu araşdırma əvvəlki tədqiqatların tamamlanmasına imkan verir.
Xondritlər malik olduqları materialdan ərimə və ya digər səbəblərlə dəyikliyə məruz qalmamış daşlı meteoritlərdir. Bunların birləşib çoxalaraq ibtidai asteroidləri əmələ gətirdiyi və Günəş sisteminin başlanğıcında üzə çıxdığı düşünülür.
Tədqiqatçılar bu tapıntılara əsaslanaraq belə nəticəyə gəliblər ki, səthləri bərk planetlər xarici Günəş sistemindən gələn böyük çınqılların yığılması nəticəsində əmələ gələ bilməz, əksinə Günəş sisteminin daxili “planetar embrionlar”ı arasında toqquşma nəticəsində yaranıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar