Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Fransız deputat həmkarlarının Xankəndiyə səfərini təxribat adlandırdı

Tarix: 25-12-2021 15:59     Baxış: 4267 A- / A+
Fransız deputat həmkarlarının Xankəndiyə səfərini təxribat adlandırdıFransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası ölkə prezidentliyinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekresin fransalı deputatlar Bruno Riteiro və Mişel Barnye ilə birlikdə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərinə etirazını bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamberin imzaladığı bəyanatda birmənalı şəkildə bildirilib ki, xanım Pekrezin bu addımı təxribat xarakterlidir, çünki Xankəndi şəhəri beynəlxalq qurumlar tərəfindən Azərbaycan ərazisinin bir hissəsi kimi tanınır: “Bu əraziyə səfər Azərbaycanın suveren hakimiyyət orqanları olmadan təsəvvür edilə bilməz. Əgər xanım Pekrez sülhü müdafiə etmək istəyirsə, tarix dərslərini yenidən nəzərdən keçirməklə başlamalıdır. Qarabağa səfər etməklə Azərbaycanın suverenliyini pozaraq, təxribat törədir və sülh quruculuğunda hər hansısa rolu oynamaq hüququndan özünü məhrum edir”.

Qeyd edilib ki, Azərbaycan da Fransa kimi dünyəvi ölkədir: “Buna görə də biz başa düşə bilmirik ki, bu seçkiqabağı kampaniya zamanı edilən bəyanatlar niyə şərqi xristianlara qarşı qondarma bir dini təhlükənin qabardılmasına doğru yönəldilir. Papa həzrətlərinin son illərdə bir neçə dəfə səfər etdiyi Azərbaycan ərazisində xristianlar tam əmin-amanlıq şəraitində yaşayırlar”.

Assosiasiya nəzərə çatdırıb ki, Qarabağ münaqişəsi iki dövlət arasında sırf ərazi münaqişəsi olub: “Ermənistan otuz il ərzində BMT Təhlükəsizlik Şurasının qınaqlarına baxmayaraq, Azərbaycan ərazisinin demək olar ki, 20%-ni hərbi yolla işğal altında saxlayıb. Ötən il atəşkəsin bərpa olunmasından sonra bu ərazilərin qanuni yolla geri alınması Fransanın 1918-ci ildə Elzas-Lotaringiyanı alman işğalçı qüvvələrindən azad etməsi kimi beynəlxalq hüququn qələbəsi kimi qiymətləndirilməlidir”.

Azərbaycanın Dostları Assosiasiyası hesab edir ki, “Fransa və onun nümayəndələri davamlı sülhə doğru çalışmaq üçün beynəlxalq hüququn elementar normalarına hörmət edərək qərəzsiz olduqlarını nümayiş etdirməlidirlər. Xanım Pekrez xırda siyasi hesablamalarında bunu bilərəkdən unudub və o, iddia etdiyi sülh tapmaq məsuliyyətini nəzərdə tutan mövqeyə layiq olmaqdan uzaqdır". publika.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar