“Ermənistan Türkiyə ilə münasibətlərini düzəltməyə uduzmuş, təslim olmuş və laqeydliyə uğramış vəziyyətdə hazırlaşır”.
Bu fikirləri Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov səsləndirib:
“Deyirlər ki, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması bizə uyğundur. Onlar coğrafiyanı bilən insanları həyasızcasına ələ salırlar. Deyirlər ki, Meğri-Horadiz dəmir yolu bizi Rusiya ilə birləşdirəcək. Xəritəyə baxın. İrəvandan Meğriyə qədər neçə kilometr yol var? Meğridən-Horadizə və Horadizdən Bakıya neçə kilometr məsafə var? Əgər yükdaşımaları haqqında düşünürsünüzsə, o zaman İcevan-Qazax dəmir yolunu işə salın. Bu 200 milyon dolları niyə Ermənistanın vergi ödəyicilərinə yükləyirsiniz? Türk arzusunu yerinə yetirmək üçün? Meğri-Horadiz hansı dəmir yoludur? Meğri-Horadiz yolu ilə Moskvaya getmək? Yaxud İrana bu yolla gedəcəyik deyirlər. Sizdən Gorus-Qafan yolunu türklərə verməyi kim xahiş edib ki, indi biz Azərbaycandan keçərək İrana gedək” – Şarmazanov fikirlərini tamamlayıb./konkret.az
Xəbər lenti
“Əgər yükdaşımaları haqqında düşünürsünüzsə onda İcevan-Qazax dəmir yolunu işə salın” - Şarmazanov

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































