Xəbər lenti
Putinin qızı hara yoxa çıxıb...
Vladimir Putinin övladları ilə bağlı məlumatlar həmişə gizlədilir. Kremldə bu haqda danışmağı sevmirlər. Rusiya prezidentinin ilk nikahdan iki qızının olduğu məlumdur. Dövlət başçısı qızlarıyla bağlı mətbuat konfransında eşitdiyi açıq suallardan da yan ötməyi xoşlayır.
Manevr.az bizimyol.info-ya istinadən xəbər verir ki, Putinin qızlarından birinin yoxa çıxdığı bildirilir. Amma söhbət onun nikahdankənar olduğu iddia edilən ovladından gedir. Hələ bir müddət əvvəl biz bu haqda yazmışdıq. Putinin 2000-ci illərin əvvəllərində Svetlana Krivonoqixdən Luiza adlı qızının dünyaya gəldiyi deyilir. Xadimə olan qadın həmin münasibət sayəsində xeyli varlanmışdı. Svetlana Krivonoqix dəyəri milyonlarla ölçülən daşınmaz əmlak sahibinə çevrilmişdi.Böyük Britaniya mətbuatının yazdığına görə, Luiza atasını qəzəbləndirib. O, Pandora sənədlərində haqqında danışılan Monte Karlodakı penthausda fotosunu paylaşıb. Həmin məlumatlarda Svetlananın bir müddət əvvəl həmin evə köçdüyü əksini tapmışdı. Luizanın foto paylaşması bir növ məlumatı təsdiqləyib. Putin isə buna görə özündən çıxıb.
Böyük Britaniya mətbuatı yazır ki, baş verənlər Rusiya prezidentini heç ürəyincə deyil. Çünki o, korrupsiya ilə bağlı iddiaları mümkün qədər rədd edir. Qızının ehtiyatsızlığı isə ona problem yaradır.
Putinin Krivonoqixlə hələ 90-cı illərin sonlarında münasibət saxladığı iddia olunur. Yelizaveta Vladimirovna Krivonoqix 2003-cü ildə doğulub. Sonradan Rusiya prezidenti keçmiş xadimədən uzaq dayanmağa çalışıb. Buna baxmayaraq, Svetlanaya lüks həyat şəraiti yaradılıb. Təkcə Monte Karlodakı penthausun dəyərinin 3.1 milyon funt sterlinq olduğu bildirilir. Rusiyadakı daşınmaz əmlakdan heç danışmağa dəyməz. Burada söhbət xeyli böyük məbləğlərdən gedir.
Luizanın həyat tərzi həmişə birmənalı qarşılanmayıb. O, özünü prezident qızı kimi aparmır. Yəni fotoları, şəxsi həyatı ictimaiyyətə daha açıqdır. Onun sosial şəbəkələrdəki şəkilləri ciddi müzakirə olunur. Çünki Luiza özünə sərhədlər qoymur.
Pandora məsələsindən sonra Luiza ortalıqda görünmür. O, sosial şəbəkələrdə də gözə dəymir. Putinin bu işdə barmağı olduğu iddia edilir. Qərb mətbuatı “susduruldu” ifadəsini işlədir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar