Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Naxçıvandan keçməklə Ermənistan-İran dəmir yolu... - Qriqoryan

Tarix: 22-12-2021 15:25     Baxış: 3285 A- / A+
İqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə Üçtərəfli İşçi Qrupu Arazdəyən-Horadiz dəmir yolunun mərhələli şəkildə açılması variantını müzakirə edir.
Manevr.az axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mger Qriqoryan söyləyib.
Onun sözlərinə görə, müzakirələrə çıxarılan variantlardan biri də Mehri və Mincivan-Horadiz hissələrində yeni dəmir yolunun çəkilməsini gözləmədən Naxçıvandan İrana kommunikasiyanın açılması məsələsi olub: “Mövcud infrastrukturdan istifadə etməklə gerçəkləşdirilə biləcək hər hansı kommunikasiya xəttinin açılması imkanı, əlbəttə ki, bizim üçün arzuolunandır. Amma bu, danışıqların mövzusudur və hansı razılığa gələcəyimizi hələ deyə bilmərəm”.
M.Qriqoryan bildirib ki, digər variant İcevan-Qazax dəmir yolu xəttinin açılması imkanları müzakirə olunub.
Baş nazirin müavini qeyd edib ki, hazırkı mərhələdə xərc və faydaların lazımi nisbətini verən daha realistik layihələr nəzərdə keçirilir: “Heç bir variant gündəmdən çıxarılmasa da, indi hazırkı danışıqlar mərhələsinə tətbiq olunan məsələlər müzakirə edilir”.
O vurğulayıb ki, Türkiyə ilə dəmir yolu xəttinin bərpası hələlik heç bir detala varmadan konseptual səviyyədə müzakirə edilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar