Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Paşinyan Ermənistanı məhv etmək üçün hakimiyyətə gəlib" - Culfalakyan

Tarix: 20-12-2021 18:34     Baxış: 4204 A- / A+


“Bu şəxs Ermənistanın maraqlarını qorumaq üçün yox, məhv etmək üçün hakimiyyətə gəlib”.
Manevr.az xəbər verir ki, bu barədə parlamentin “Mənim addımım” fraksiyasının keçmiş üzvü Arsen Culfalakyan “Facebook” səhifəsində yazıb. O, Türkiyə ilə danışıqlar üçün xüsusi nümayəndənin təyin edilməsini qeyri-adekvat addım adlandırıb.

“Guya baş nazir peşəkardır, parlament sədri, müdafiə, səhiyyə, iqtisadiyyat nazirləri, MTX rəhbərləri (sadalamayacam) öz işinin peşəkarıdır, indi də bizə əzab verirlər”, – deyə Culfalakyan hökumətin parlamentin vitse-spikeri Ruben Rubinyanı Ermənistanın danışıqlarda xüsusi nümayəndəsi təyin etmək qərarına istinadən yazıb. Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dair mənfi fikirdə olan Culfalakyan Paşinyanı türklərlə birləşib ölkəni məhv etməkdə günahlandırıb.
“Aydındır ki, (ən azı 9 noyabr 2020-ci ildən) baş nazir postunu tutan şəxs  hakimiyyətə Ermənistan Respublikasının maraqlarını qorumaq üçün gəlməyib. Bu, məlumatsızlıqdan, bacarıqsızlıqdan irəli gəlmir, məhz məqsəd budur – ölkəmizdə az-çox işləyən hər şeyi məhv etmək. Bir sözlə, bu türkyönümlü anti-erməni proqramı ardıcıl olaraq həyata keçirilir. Əslində “dəmir mandat” elə bunun üçün lazım idi”, – deyə o yazıb./konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar