Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Gizli sövdələşmə: “Krımı Rusiyaya verib, əvəzində...” – Sensasion iddia

Tarix: 18-12-2021 14:31     Baxış: 4298 A- / A+

Ukrayna Ali Radasının deputatı İlya Kiva 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı “gizli razılaşma” barədə danışıb.

Manevr.az xəbər verir ki, bu barədə o, İngiltərənin “Teleqraf” qəzetinə müsahibəsində bildirib.
İlya Kivanın sözlərinə görə, dönəmin Ukrayna hakimiyyəti gizli razılaşmalarla Krımı Amerika ilə birlikdə Rusiyaya verib.
Kivanın fikrincə, Vaşinqton öz nəzarəti altında olan siyasi qüvvələri Ukraynada hakimiyyətə gətirərək, regionda strateji hədəfi olan Moskvanın mövqeyini diqqətdən kənarda qoya bilməzdi.
Ukraynalı parlamentarinin sözlərinə görə, Rusiya və ABŞ iki imperiyadır və onların arasında razılaşma olub: “Hakimiyyəti ABŞ-a, Krımı isə Rusiyaya verdilər”.
Kiva qeyd edib ki, məhz Moskva və Vaşinqton arasındakı razılaşmaya görə, Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov Kiyevin nəzarətində olan qoşunların Krımdan çıxarılması barədə göstəriş verib.
Kiva bundan əvvəl də Krımın Rusiyaya birləşdirilməsinin səbəbi haqda iddiarı irəli sürmüşdü. Onun sözlərinə görə, 2014-cü ildə Ukraynada hakimiyyətə gələn siyasi qüvvələr Moskvanın 2014-cü il hadisələrinə (Maydan) qarışmaması naminə Krımın Rusiyaya birləşdirilməsinə mane olmamaq barədə razılığa gəliblər: “Bundan sonra hakimiyyət yenidən bölüşdürüldü və Rusiyanın müdaxilə etməməsi üçün gözümüzü yumub Krımdan imtina etmək qərara alındı”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar