Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Alimlərdən XƏBƏRDARLIQ: "Cəhənnəm" istiləri yaxınlaşır

Tarix: 16-12-2021 09:51     Baxış: 3178 A- / A+
Alimlərdən XƏBƏRDARLIQ: "Cəhənnəm" istiləri yaxınlaşır

Amerika Dyuk Universitetinin alimləri müəyyən ediblər ki, gələcəkdə iqlimin istiləşməsi səbəbindən Yer kürəsinin sakinləri uzun müddət küçədə işləyə bilməyəcəklər.

Manevr.az xəbər verir ki, bu barədə "Nature communications" jurnalında dərc edilən məqalədə deyilir.
Mütəxəssislərin fikrincə, planetdə temperatur iki dərəcə selsidən yuxarı qalxarsa, əmək məhsuldarlığının azalmasından iqtisadi itkilər ildə 1,6 trilyon dollar təşkil edəcək.
Tədqiqatçıları deyiblər ki, tropik və subtropik bölgələrdə - Asiya, Yaxın Şərq, Afrika və Sakit Okeanın qərbi ən çox zərər görəcək.
Artıq bir çox işçi küçədə işləyərkən gün ərzində güclü istilərlə üzləşirlər. Alimlər deyirlər ki, hər əlavə istilik dərəcəsi ilə açıq hava fəaliyyəti daha da çətinləşəcək.
Məsələn, yayda bir çox yerlərdə kritik kənd təsərrüfatı və tikinti işlərini təhlükəsiz həyata keçirmək demək olar ki, mümkün olmayacaq. Məqalədə deyilir ki, əhalisnin əksəriyyətinin açıq havada işlədiyi Hindistan, Çin, Pakistan və İndoneziya bu cür metamorfozalardan böyük iqtisadi itkilərə məruz qalacaq.
Bu ssenarinin qarşısını almaq üçün 2015-ci ildə 190-dan çox ölkə Paris İqlim Sazişini imzaladı. O, qlobal istiləşmənin qarşısını almaq üçün fəaliyyət planını müəyyənləşdirir. Müqavilə mədən yanacaqlarının tamamilə dayandırılmasını nəzərdə tutmur. Bununla belə, bütün dövlətlər emissiyaların azaldılması, texnoloji yenilikdən təchizat və bərpa olunan enerji mənbələrinə keçid üçün tədbirlər görməlidirlər./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar