Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bu qadın öz nəvəsini dünyaya gətirib

Tarix: 14-12-2021 20:11     Baxış: 3220 A- / A+
Bu qadın öz nəvəsini dünyaya gətirib
46 yaşlı Avstraliyalı qadın Tereza Xoxenxausun 5-ci hamiləliyi çox qeyri-adi olub.

Terezanın qızı Elis uşaqlıqda leykemiyadan əziyyət çəkirdi. Şüa terapiyası lazım olan müalicəvi effekti verib, lakin həkimlər xəbərdarlıq ediblər ki, Elis gələcəkdə heç bir zaman ana ola bilməyəcək. Həkimlərin proqnozları düz çıxdı. Ailə qurduqdan sonra qadın 1 dəfə hamilə qalsa da hamiləliyin 15 həftəliyində uşağını itirib və daha sonra hamilə qala bilməyib.

Təreza qızına kömək etmək məqsədi ilə surroqat ana funksiyasını yerinə yetirib. Süni mayalanmadan sonra embrion Terezanın uşaqlığına yerləşdirilib və 9 aydan sonra hamiləlik sağlam oğlanın doğulması ilə nəticələnib. Uşağın bioloji valideynləri Elis və onun həyat yoldaşıdır.

Daily Mail Australia xəbər verir ki, bu ilk belə hadisə deyil. 5 il bundan əvvəl 61 yaşlı amerikalı qadın Kristina Keysi qızı üçün surroqat ana olub. Kristinanın qızı 35 yaşlı Sara sağlamlığında olan problemlərə görə dünyaya uşaq gətirə bilmirdi. Ana qızının köməyinə gəlib və öz nəvəsini dünyaya gətirib. milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar